Ramil Usubov Şamaxının rəisini işdən çıxardı
DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-a açıqlamasında bildirib ki, polis rəisi daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bölmənin xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub və sərəncama götürülüb.
DİN rəsmisi bildirib ki, həmin idarədə çalışan bir neçə əməkdaş da inzibati qaydada cəzalandırılıb.
E.Zahidov onu da qeyd edib ki, bəzi mətbuat orqanlarında polis rəisinin işdən çıxarılmasına göstərilən səbəblərin hamısı uydurmadır.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Mübariz Fətəliyevin işdən çıxarılmasının səbəbi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlıdır.