Ermənistan danışıqlar yolu ilə torpaqları qaytarmayacaq! - Ədalət Partiyası

ilyas iamaysdfgty ailesi haqqinasert

“Son vaxtlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ən müxtəlif variantlar təklif edilərək cəmiyyətdə və beynəlxalq aləmdə bunun ətrafında fikir mübadiləsi, müzakirələr aparılmaqdadır. Problemin həlli ilə bağlı Ermənistan tərəfi həmişə olduğu kimi kostruktiuv mövqe nümayiş etdirməkdənsə, beynəlxalq ictimaiyyəti aldatmaq yolunu tutmaqdadır.

Belə ki, bu günlərdə “Sputnik” informasiya agentliyinin suallarını cavablandıran Serj Sarkisyan bir-biri ilə ziddiyyətli olan bəyanatlar verib. Ermənistan prezidenti Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirib”. Ədalət partiyasının bugünkü bəyanatında belə deyilir. “AzPolitika”ya daxil olan sənəddə daha sonra bildirilir:

“Lakin Sarkisyan Azərbaycanın işğal altındakı rayonları və həmin ərazidəki işğalçı Ermənistan ordusu ilə bağlı məsələyə münasibət bildirməyib. Verdiyi bəyanatı dolayı yolla təkzib edən Sarkisyan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını həll etməsi prinsipinin nəzərə alınmalı olduğunu da irəli sürüb.

Ədalət Partiyası bir daha bildirir ki, Sarkisyanın bu mövqeyi onun problemin həlli ilə bağlı heç bir beynəlxalq normaları etiraf etmədiyini və ATƏT-in problemə yanaşmada sərgilədiyi səhv mövqedən ruhlandığını göstərir. Belə ki, Dağlıq Qarabağda yaşayan ermənilərə xalq statusunun şamil edilməsi beynəlxalq hüququn prinsiplərinə ziddir. Çünki ermənilər bir xalq kimi öz müqəddəratını təyin edərək Ermənistan dövlətini yaradıblar. Dağlıq Qarabağda yaşayan ermənilər isə Ermənistandakı ermənilərlə eyni xalq olduğundan onlara bu prinsip tətbiq edilə bilməz. Əks halda dünyanın müxtəlif regionlarında – ABŞ-da, Fransada, Rusiyada və s. ölkələrdə yığcam şəkildə yaşayan ermənilərə də bu status verilməli və çoxsaylı erməni dövləti yaradılmalıdır.

Ədalət Partiyası hesab edir ki, Ermənistan prezidenti bu açıqlaması ilə bir daha göstərdi ki, problemin sülh yolu ilə həllinə hazır deyil. Ona görə də Azərbaycan Respublikası özünün bütün potensialını səfərbər edərək işağal olunmuş ərazilərin azad edilməsi üçün daha uğurlu addımılar atmalıdır”.






Fikirlər