““Güclü zəlzələ olacaq” deyən falabaxanların sözlərinə inanmayın”

 Картинки по запросу zəlzələ 2016

Bu gün Bakıda baş vermis sonuncu güclü zəlzələdən 15 il keçir. 2000-ci ilin noyabr ayının 25-də saat 21:30-da payxatda  6,8 bal gücündə (bəzi məlumata görə, 7,9 bal) zəlzələ baş vermişdi.

Güclü təkanlar iki dəfə olmaqla 22 saniyə çəkmişdi və paytaxtla eyni anda Gəncə, Lənkəran və Sumqayıtda da hiss olunmuşdu. 

Nədənsə hər ilin noyabr ayının 25-i yaxınlaşdıqca insanlar arasında yenidən növbəti güclü zəlzələ baş verəcəyiylə bağlı qorxu yaranır. Bu il ötən illərə nisbətən həmin qorxu bir qədər də çoxalıb. Bu günlərdə Türkiyədə və Azərbaycanda növbəti güclü zəlzələnin gözləndiyi  barəsində “proqnozlar” verirlər. Nobay ayının ortalarından bir neçə ölkədə ard-arda baş verən güclü yeraltı təkanlar bu “proqnozların” gerçək ola bilmə ehtimalını bir qədər artırır. 
Xatrladaq ki, noybarın 13-dən başlayaraq ilk olaraq Yeni Zelandiyada bir-birinin ardınca güclü zəlzələlər baş verib. Əvvəlcə 6,3, daha sonra 7,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Yeni Zelandiyada baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində güclü ciddi dağıntılar olub, 2 nəfər həyatını itirib. 
Noyabrın 19-dan başlayaraq isə Türkiyənin əvvəlcə Hakkari bölgəsində Rixter cədvəli üzrə 3.6 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra  Türkiyənin Sivas vilayətində 4,0 bal gücündə zəlzələ olub. İki gün öncə Türkiyənin Van əyalətində 4,1 və 4,6 bal gücündə üç dəfə təkrarlanan yeraltı təkanlar qeydə alınıb. 
Moderator.az olaraq Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli ilə yayılmış “panikalara” aydınlıq gətirməyə çalışdıq.
Q.Yetirmişli ahalinin zəlzələylə bağlı “panikaya” düşməsi üçün hazırda heç bir əsas olmadığını bildirdi:
“İnsanlar belə xəbərləri yayan falabaxanların sözlərinə inanmasınlar. Kim hardan bilə bilər ki, nə zaman zəlzələ baş verəcək. Zəlzələylə məşğul olan təşkilat var və biz belə bir məlumat verməmişik. Belə “panikaları” yayanlar ümumiyyətlə zəlzələnin necə baş verdiyini, dalğanın mahiyyətini, formasını dərk etməyən insanlardır. Bu xəbərlərlə xalqı çaşbaş salmaq istəyirlər. 
25 noyabr tarixindən artıq 16 il keçir, həmin yerdə isə onsuz da mütəmadi olaraq yeraltı təkanlar baş verir, sadəcə bunlar hiss olunmayan dərəcədədir. 
Zəlzələ həmişə var, ancaq hazırda narahatçılığa heç bir əsas yoxdur. Güclü zəlzələ baş vermə ehtimalı olanda da əlbəttə ki, əhali öncədən xəbərdarlıq ediləcək”. 

 






Fikirlər