Mingəçevirdə məktəb biabırçılığı – FOTO

15267987_724854801023370_6537582574204781882_n

Azərbaycanda yolların kənarındakı zibilliklərin,  bərbad vəziyyətin hasarlar vasitəsilə gizlədilməsi, yola baxan binaların bir tərəfinin üzlənilməsi neçə illərdir adət halını alıb.

Yol  kənarlarındakı hasarların, bir tərəfi üzlənilən binaların arxasındakı zibilliklər,  dağıntılar sözün əsl mənasında “Üstü bəzək, altı təzək”  məsəlini xatırladır. Belə biabırçı hallardan biri də Mingəçevirdə yaşanır.

“Sancaq”a istinadən  təqdim etdiyimiz  Mingəçevir şəhəri, Heydər Əliyev prospektindəki 2 saylı orta məktəbin ön və arxa tərəfdən görünüşünə diqqət yetirsəniz bu şəhərdəki məktəb biabırçılığının şahidi olacaqsınız.

Məktəbin ön tərəfi üzlüklənib, bəzədilib və ilk baxışdan hər şeyin çox normal olduğu görünür.

Ancaq məktəbin arxa tərəfi  müharibə xarabalıqlarını xatırladır. Bu biabırçılıqla yanaşı,  həm də Mingəçevir Təhsil Şöbəsinin, İcra Hakimiyyətinin  müvafiq yüksək dövlət qurumlarını, ölkə rəhbərliyini aldatmasıdır.

AzerTaym.az






Fikirlər