Nazir müavini tibb müəssisələrinin dövlət agentliyinə verilməsi HAQDA

Səhiyyə Nazirliyi icbari tibbi sığortanın həyata keçiriləcəyi Yevlax və Mingəçevir şəhərlərindəki tibb müəssisələrinin bir neçəsinin Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilməsinə öz münasibətini açıqlayıb.

AzerTaym.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, həmin tibb müəssisələri Agentliyin tabeliyində bu bölgələrdə yalnız pilot layihənin həyata keçirildiyi müddətdə olacaq:

“Bu yalnız pilot layihə həyata keçirildiyi müddətdə olacaq. Bununla bağlı Səhiyyə Nazirliyinə verilən tapşırıqlar icra olunacaq”.

 Nazir icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq ediləcəyi zamanda dövlət tibb müəssisələrinin bir çoxunun Agentliyin tabeliyinə verilib-verilməyəcəyi məsələsinə də münasibət bildirib: “Hazırda pilot layihənin həyata keçirilməsi üçün işlər aparılır. Bu tədbirlər pilot layihəyə görə həyata keçirilib. Sonra isə qəbul ediləcək qərarlara görə, addımlar atılacaq”.

 






Fikirlər