Ali məktəblərin yeni akkreditasiya qaydaları hazırlanıb

Картинки по запросу Ali məktəblərin yeni akkreditasiya qaydaları hazırlanıb

Son 13 ildə Azərbaycanda 3000-dən çox məktəb binası tikilib, əsaslı təmir edilib. Bu da ölkədəki məktəblərin 70%-dən çoxunu təşkil edir.

AzerTaym.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov "Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

M.Cabbarov qeyd edib ki, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

Ölkədə ali təhsil sahəsində aparılan işlərdən danışan M.Cabbarov bildirib ki, 2005-ci ildə Azərbaycan Boloniya prosesinə qoşulub, gənclərin xaricdə təhsili sahəsində ciddi nailiyyətlər əldə edilib:

M.Cabbarov deyib ki, ildən-ilə tələbə adını qazanan gənclərin sayı artır. Bu, tələbə qəbuluna olan tələblərin sərtləşdirildiyi bir şəraitdə baş verir. Nazirin sözlərinə görə, 2016-cı ildə ali məktəblərə rekord sayda 35304 tələbə qəbul olunub, bu da ötən illə müqayisədə 7% çoxdur.Nazir bildirib ki, Azərbaycanda ali məktəblərin yeni akkreditasiya qaydaları hazırlanıb. Bu qaydalara əsasən, məktəblərin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq.

Xarici ekspertlərlə birgə hazırlanan yeni qaydalara əsasən, həmin istiqamətlərə missiya, vəzifə və strategiya; idarəetmə; insan resursları; təhsil proqramları; təhsil alanlar; elmi tədqiqat fəaliyyəti və təlim resursları; tələbələrə dəstək xidmətləri daxildir.

Nazir deyib ki, yeni akkreditasiya qaydaları Avropa standartlarına və təlimatlarına uyğunlaşdırılıb.

 






Fikirlər