Qərb Universitetində intensiv tədris proqramı

Qərb Universitetində intensiv tədris proqramı
Qərb Bilik Akademiyası Tədris Mərkəzi abituriyentər üçün İntensiv tədris proqramını təqdim edir.
Proqramın iştirakçıları 11-ci sinif şagirdləri və ya məzunları olacaq. (9 və 10-cu sinif şagirdləri üçün "Standart” tədris proqramı keçirilir).
 
Kurs TQDK-nın qəbul imtahanlarınadək başa çatır. Dərslər həftədə 18 saat olmaqla cəmi 500 saatı əhatə edir. Ehtiyac olduğu təqdirdə əlavə dərslər də keçirilir. Dərs müddəti isə həftədə 3 gündür. 
 
Bundan əlavə, ixtisas seçimi üzrə xüsusi təlimlər, imtahan öncəsi stress əleyhinə təlimlərin keçirilməsi nəzərdə tutulub.
 
İmtahanlar 15 kuiz sınağı, 5 mövzu sınağı, 6 ümumi sınaq4 təkrar sınaq olmaqla ümumilikdə 30 sınaqdan ibarətdir. 
 
Kuiz Yoxlamaları (KY): Fəslə aid olan bütün materialın abituriyentin hansı səviyyədə mənimsəməsini yoxlamaq məqsədi ilə Fənn Bölmə Rəhbərləri tərəfindən tətbiq edilən yoxlama növüdür.
 
- Mövzu Sınaq İmtahanları (MSİ): Abituriyentlərin ayrı-ayrı mövzular üzrə bilik səviyyəsini yoxlamaqməqsədi ilə Rəhbərlik tərəfindən müəyyən edilmiş tarixlərdə tətbiq olunansınaq imtahanıdır.
 
- Ümumi Sınaq İmtahanları (ÜSİ): Aprelin əvvəlindən başlayaraq abituriyentlərinümumi bilik səviyyəsini yoxlamaq məqsədi ilə tətbiq edilən sınaq imtahanıdır.
 
- Təkrar Sınaq İmtahanları (TSİ): Tələbələr mövsümi tətillərdən qayıdan zaman dərs ilinin əvvəlindən cari vaxtaqədər keçilən materialları yoxlamaq məqsədi ilə tətbiq edilən sınaq imtahanıdır.
 
7 aylıq intensiv hazırlıq kurslarına qeydiyyat dekabrın 2-dən etibarən başlayıb.






Fikirlər