Cavid Qurbanov da Astan Şahverdiyevdən danışdı: “Məsuliyyətini dərk etməlidir”

Картинки по запросу cavid qurbanov

“Hesab edirəm ki, istər deputat olsun, istərsə də məmur olsun, hər kəs danışdığı sözün məsuliyyətini dərk etməlidir. Çünki bunu onların ictimai statusu tələb edir”. 

Bu sözləri Kəlbəcər rayonundan olan millət vəkili Cavid Qurbanov deputat Astan Şahverdiyevin məcburi köçkünləri və Rusiyada yaşayan soydaşlarımzı təhqir etməsi faktına münasibətində səsləndirib. 
Gununsesi.info-ya eksklüziv açıqlamasında millət vəkili Cavid Qurbanov bəzi həmkarlarını diqqətli olmağa çağırıb. 
Köçkün rayonunu təmsil edən deputat vurğulayıb ki, qaçqın-köçkün problemi dövlət olaraq Azərbaycanın ən ağrılı yeridir və bu qəbildən olan insanların həyat və şəraitinin yaxşılaşdırılması ölkə başçısınıən prioritetlərindəndir: “Təsadüfü deyil ki, cənab prezidentimiz tez-tez məcburi köçkünlərin yaşadığı yerlərə gedir, onları dinləyir, problemlərinin həlli üçün müvafiq qərarlar qəbul edir. Rusiyada və digər ölkələrdə yaşayan Azərbaycanlıları da aşağılamaq yolverilməzdir. Bu insanlar bizim mədəniyyətimizi, tariximizi, Qarabağ həqiqətlərimizi dünyaya çatdırır. Diaspora fəaliyyətri ilə məşğul olurlar. Onları incitmək, küsdürmək olmaz. Bu gün həmin insanlar Azərbaycan prezidentinin daxili və xarici siyasətini dəstəkləyirlər. Belə olan halda millət vəkili ifadələrinə diqqət etməlidir”.

 






Fikirlər