Avqustun 11-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun qəbuluna gələn Kəlbəcər rayonundan olan seçicilər ilə görüş keçirilib.
Müraciətlər əsasən iş, yaşayış yeri ilə təmin edilmə, qeydiyyat, sənədləşmə, sosial müavinətin alınması və digər sosial problemlərlə bağlı olub.
Millət vəkili Cavid Qurbanovun tapşırığı əsasında müraciət edən seçicilərin problem və təklifləri, eyni zamanda ərizələri qəbul edilib və qaldırdırdıqları müraciətlərin nəzarətdə saxlanılacağı və həllinə köməklik göstəriləcəyi bildirilib.
Millət vəkili Cavid Qurbanovun tapşırığı əsasında seçicilərin qaldırdıqları bir sıra problemlər yerindəcə həll edilib və ərizə və şikayət məktubları aidiyyatı orqanlara göndərilməsi üçün tapşırıqlar verilib.
Bildirlib ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır:
"Bu gün Qaçqın və məçburi köçkün soydaşlarımızın qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirərək hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşıb, sosial müdafiə cəhətdən zəif təmin edilən bu insanların həyat və məişət şəraitlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür".
AzerTaym.az