“Nömrəmi yayıblar, mənə pis-pis mesajlar yazırlar” - Şahverdiyevin xanımı
Milli Məclisin deputatı, Rusiyada işləyən azərbaycanlılarla bağlı verdiyi müsahibədən sonra gündəmə çevrilən Astan Şahverdiyevin həyat yoldaşı Solmaz Şahverdiyeva müsahibə verib. AzerTaym.az publika.az-a istinadən xəbər verir ki, 69 yaşlı qadın kiminsə onun nömrəsini yaydığını bildirib: "Mənə pis-pis mesajlar yazırlar. HəttaABŞ, Almaniya, Ukrayna, Rusiya kimi ölkələrdən mənim mobil telefonlarıma mesaj göndərirlər. Hamısı da ağızlarına gələni yazırlar. Bilmirəm ki, mənim nömrəmi kim yayıb. Solmaz Şahverdiyeva qeyd edib ki, mesajlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib etməyəcəyini dəqiq bilmir. "Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev özünün sosial şəbəkədəki hesabında əmisinin içkili vəziyyətdə müsahibə verdiyini yazıb. Bu nə qədər doğrudur?” sualına deputation xanımı belə cavab verib: "Mənim elektronikadan, telefonlardan başım çıxmır. Ancaq evdəkilərlə söhbət oldu. Ondan bilirəm ki, qaynım oğlunun profilini sındırıblar, sonra da adından o sözləri yazıblar. Biz onunla əlaqə saxladıq, dedi ki, əmi, o sözləri mən yazmamışam, kimsə adımdan yazıb”. O, qeyd edib ki, millət vəkili müsahibəylə bağlı heç yerə çağırılmayıb və ona töhmət verilməyib: "Bununla bağlı heç bir zəng də olunmayıb. Sadəcə olaraq, bu gün Milli Məclisə çağırılıb. Orada da məsələni izah edib. Amma dünən saytlar yazıb ki, guya, Astan müəllimin mandatını alıblar və sairə. Bunlar yalan xəbərdir. Dünən heç yerə çağırılmayıb, getməyib”.