Qərb Universitetində "Gender bərabərliyi gənclərin təqdimatında" adlı tədbir keçirilib FOTOLAR

Qərb Universitetində "Gender bərabərliyi gənclərin təqdimatında" adlı tədbir keçirilib FOTOLAR

Dekabrın 27-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Qərb Universitetinin birgə təşkilatçılığı ilə "Gender bərabərliyi gənclərin təqdimatında” adlı tədbir keçirilib. 

AzerTaym.az-ın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, Qərb Universitetinin müəllim-tələbə heyəti və gənclər təşkilatları heyəti iştirak edib.

Tədbirin moderatoru, Qərb Universitetinin dosenti Afaq Həsənova iştirakçıları salamladı və bildirib ki, artıq 16 ildir Qərb Universitetində Gender Araşdırmaları Mərkəzi fəaliyyət göstərir. Mərkəzin missiyası Azərbaycan cəmiyyətinə yeni olan gender üsulunun yayılması və inkişafı, həmçinin bu üsulun elmi tədqiqatlara və tədris proqramlarına inteqrasiya olunmasından ibarətdir.
Sonra çıxışlar başlanıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyovanın, BMT beynəlxalq saziş layihələrinin Azərbaycan üzrə əlaqələndirici şəxsi Xəyalə Məmmədovanın, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalovanın, Qərb Universiteti, "Hüquq və Humanitar fənlər” kafedrasının dosenti Elmira Hacıyevanın, Qərb Universitetinin magistrantı İrem Şeyma Özdemirin və başqalarının çıxışında maraqlı məsələlərə toxunulub, səmərəli təkliflər irəli sürülüb.
Tədbirin sonunda Qərb Universitetinin tələbələri forum teatr üslubunda "Gənc ailələrdə gender problemləri – Selektiv abort”, "Azərbaycan ailəsində gender istiqamətinin xüsusiyyətləri – Xaricdə təhsil və qızlar” və "Erkən nikahlar” mövzusunda səhnəciklər təqdim ediblər.
Sonda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən forum teatrda iştirak edən Qərb Universiteti tələbələrinə sertifikatlar təqdim edilib.






Fikirlər