BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Universitetdən Modern.az-a verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan bu bayramın tarixindən, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığından danışıb.

Qeyd edib ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində inkişaf edir, böyük uğurlara imza atır. Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi hər birimizi sevindirir. Odur ki, bundan sonra da hamımız həmrəy olmalı, dövlətimiz və dövlətçiliyimizin inkişafı naminə daha da əzmlə çalışmalıyıq. Bu bayramın bütün dünya azərbaycanlıları tərəfindən zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən rektor Abel Məhərrəmov hər iki bayram münasibətilə bütün xalqımızı, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.

Sonra Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və Tarix fakültəsinin müəllimi Səidə Quliyevanın çıxışları dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.

AzerTaym.az






Fikirlər