AQRAR sektorun DİRİLİŞ ili... 2016-cı il kənd təsərrüfatımızın necə “QIZIL SƏHİFƏSİNƏ” çevrildi? - ÖZƏL!
2016-cı ili arxada qoyuruq. Bu il Azərbaycan tarixində bir çox siyasi, iqtisadi, hərbi, sosial və mədəni hadisələrlə əlamətdardır. Son günlərini yaşadığımız 2016-cı ili xüsusi yadda qalan edən olaylardan biri də Azərbaycanda kənd təsərrüfatının inkiişafı istiqamətində əldə edilən nətricələrdir. Hələ bu ilin əvvəlində - yanvarda Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə bəyan etdi ki, bu gün ölkəmiz üçün yeni dövr başlayır: “Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq”. Postneft dövrünə keçidin elan edilməsi həm də ölkədə kənd təsərrüfatının xüsusilə canlandırılması üçün səylərin başlandığının anonsu idi. Əslində bundan bir il əvvəl – 2015-ci ilin dövlət rəhbəri tərəfindən “Kənd təsərrüfatı ili” elan edilməsi Azərbaycanda aqrar sektorun daha da inkişafının prioritetə çevrildiyinin siqnalı kimi qəbul olunmuşdu. Sevindirici haldır ki, ötən il əldə edilən nailiyyətlər 2016-cı ildə nəinki davam etdirildi, ölkədə aqrar sektorun yüksəlişinin artıq geriyə dönməz xarakter aldığının təntənəsi kimi tarixə düşdü. İndi heç bir mübahisəsiz demək olar ki, Kənd Təsərrüfatı Nazirliyi və onun indiki rəhbəri Heydər Əsədovun planlaşdırılmış, hərtərəfli ölçülüb-biçilmiş fəaliyyəti ölkədə aqrar sektorun postneft dövrünün yaratdığı iqtisadi boşluqları doldurmaq istiqamətində həlledici rol oynayır. Elə bəzi rəqəmlər də Azərbaycanda kənd təsərrüfatının əvvəlkii şöhrətini qaytarmaqda,, ölkənin sosial-iqtisadi rifahında onun çəkisini artırmaqda 2016-cı ilin sözün həqiqi mənasında həlledici rol oynadığını deməyə əsas yaradır. Məsələn: - 2016-cı ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 49,59,7 milyon manat olub. Yanvar-oktyabr aylarında istehsal olunmuş ümumi kənd təsərrüfatı məhsulunun 50.6 faizi heyvandarlıq sahəsinin, 49.4 faizi isə bitkiçilik sahəsinin payına düşüb. Ən əsası, həm bitkiçilik, həm də heyvandarlıq sahəsində məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 2016-cı ilin yanvar-oktyabr ayları ərzində ölkənin 32 rayonunda fəaliyyət göstərən 179 kənd təsərrüfatı məhsulları istehsalçısına 9 milyon manatdan bir qədır artıq həcmdə güzəştli kredit ayrılıb, həmin kreditlərin 70.5 %-i heyvandarlıq, 2.6 %-i tərəvəzçilik və 1.1 %-i isə balıqçılıq sahələrinə ayrılıb. Eyni zamanda, Dövlət Xidməti tərəfindən beynəlxalq təşkilatlarla birgə icra olunan layihələr çərçivəsində 47 sahibkara 9 milyon 878 min manat kredit verilib. Elə yuxarıdakı nümunələrdən də göründüyü kimi, Heydər Əsədovun rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyinin 2016-cı ildə ölkə prezidentinin göstərdiyi etimadı layiqincə doğrultduğu aydın şəkildə gözlər önünə sərilir. Açıq demək lazımdır ki, bu strateji nazirliyin adı əvvəlki illərdə hərdən mənfi planda hallanır, məsələn, korrupsiya ilə assosiasiya olunurdu. Ancaq insafla, həqiqiət naminə demək lazımdır ki, Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin edilməsi ilə sözügedən nazirliyin ənənəvi mənfi imici də tədricən aradan qalxdı, onun funksionallığı artdı və hazırda görülən uğurlu işlər, aparılan düzgün kadr və struktur islahatları nəticəsində ölkəmizin aqrar sektoru yeni bir dirilmə, yeni bir dirçəlmə dövrü yaşayır. Bunu yalnız yuxarıdakı statistik göstəricilər təsdiqləmir, eyni zamanda bütün müşahidələr Azərbaycan insanının yenidən torpağa, kəndə qayıdışını parlaq şəkildə nümayiş etdirir. Hələ bu harasıdır? Bir zamanlar öz bitkiçilik və heyvandarlıq məhsulları ilə adından bütün keçmiş Sovet məkanında söz etdirən ölkəmizin aqrar sahədə əvvəlki şöhrətinin və qüdrətini qaytarmağa başladığını görməmək üçün sadəcə, mənəvi cəhətdən kor və kar olmaq lazımdır. Başqa halda Heydər Əsədov və onun rəhbərlik etdiyi nazirliyin məsul olduğu sahədə həyata keçirdiyi məqsədyönlü fəaliyyət, əldə olunan fundamental nəticələr barədə necə eşitməmək, qazanılan əvəzsiz nailiyyətləri necə görməmək olar?! 2016-cı ildə Göygöl Süni Mayalandırma Mərkəzinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi nəticəsində heyvandarlığın inkişafı baxımından üfüqlərin bir az da genişlənməsini və milyonlarla manatlıq dövlət vəsaaitinə qənaət edilməsi imkanlarının yaranmasını necə görməzdən gəlmək olar? Heç şübhə yoxdur ki, sözügedən mərkəzin təsis edilməsi kənd təsərrüfatı naziri olaraq, Heydər Əsədovun ən mühüm addımlarından birdir və Azərbaycanda heyvandarlığın inkişafının davamlı, ardıcıl şəkil almasında müstəsna əhəmiyyətə malikdir. Bundan başqa, Kəınd Təsərrüfatı Nazirliyinin tərkibindəki bir sıra qurumların - “Aqrolizinq” ASC, Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Xidmətinin fəaliyyətinin son illərdə əhəmiyyətli dərəcədə güclənməsi, onların funksionallığının artması da xüsusi təqdirlə qarşılanmalıdır. Açıq danışmaq lazımdırsa, bir neçə il əvvələdək bu qurumların fəaliyyətinə münasibət birmənalı deyildi: onların adları ictimai rəydə, KİV-də ya mənfi planda hallanır, ya da ümumiyyətlə, hallanmırdı, ortada faktiki olaraq, qeyri-işləklik məsələsi vardı. Amma Heydər Əsədovun nazir təyin edilməsindən sonra həyata keçirilən tədbirlər, ciddi kadr islahatları nəticəsində hazırda bu qurumlar Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsində bilavasitə iştirak edir, üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır və buna nail olurlar. Bütün bunları ümumiləşdirdikdə, əminliklə demək olar ki, postneft dövründə ölkəmizin zəngin ənənələrə, şanlı keçmişə malik olan kənd təsərrüfatı sektoru özünün yeni – parlaq inkişaf mərhələsinə qədəm qoyub. Bu isə Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin edilməsinin nə qədər doğru addım, düşünülmüş, yerində edilmiş seçim olduğunu təsdiqləyir. Artıq get-gedə heç bir şübhə qalmır ki, Azərbaycanın bir aqrar ölkə kimi nəinki regionda, bütövlükdə dünyada öz layiqli yerini tutacağı, xalqın rifahının yüksəldilməsində bir vaxtlar olduğu kimi, həlledici rol oynayacağı gün uzaqda deyil! Nəinki uzaqda deyil, hətta gözlənildiyindən də yaxındadır. Azər Abdul.