"Turizm adı ilə Azərbaycanı barxanaya çevirmək BİQEYRƏTLİKDİR"

Image result for SEYRAN SƏXAVƏT

"5-10 manata görə ərəblərin özbaşınalıqlarına və qadınlarımıza sataşmasına göz yummamalıyıq"

Son günlər cəmiyyətdə əsas müzakirə olunan məsələlərdən biri də ərəb turistlərin Azərbaycana meyl etməsidir. 2016-cı ildə ölkəmizə gələn ərəb tursitlərin sayında xeyli artım qeydə alınması səbəbindən paytaxt küçələrində addımbaşı ərəblərlə rastlaşırıq. Artıq milli parkda, şəhər küçələrində qara çadralı ərəb qadınları, başı əmmaməli ərəb kişiləri görəndə əvvəlki kimi təəccüblənmirik. Daha gözümüz alışıb! Düzdür, neftdən əldə edilən gəlir azaldıqca büdcədə olan maliyyə mənbələrinin aşağı düşməməsi üçün turizm sahəsinin inkişafı labüddür. Amma ərəblərin səfəri ölkəmiz üçün iqtisadi baxımdan faydalı olsa da, müxtəlif əyləncə məkanlarında əylənən və etik normalara əməl etməyən bəzi ərəblər vətəndaşların narahatlığına səbəb olub. Ölkəmizə turistik səfər edən ərəblərə qarşı qıcıq yaradan əsas səbəb isə bəzi ərəblərin özlərini əxlaqsız aparması, Azərbaycanı "hərəmxana” zənn etməsidir. Azərbaycana turizm məqsədi ilə gələn ərəblərin bununla kifayətlənməyib ölkəmizə investisiya yatırması, paytaxtda mənzil, bölgələrdə torpaq sahəsi alması təqdirəlayiq hal olsa da, onların azərbaycanlı qadınlara tacir gözü ilə baxması mənfi tendensiyadır. Sevə- sevə izlədiyimiz "Axırıncı aşırım” filmində Kərbalayi İsmayılın dilindən səsləndirilən və az qala bütüm Azərbaycanın dillər əzbəri olan səhnədə də deyildiyi kimi "Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da”. Ərəblərin Bakının yolunu su yoluna çevirməsi ilə bağlı narahatlıq doğuran digər səbəb də dünyanı cənginə alan teraktlardır. Şübhəsiz ki, ərəblər olan yerdə sabitlik olmur. Harda terror yuvası var, arxasından bir ərəb çıxır. Çox yaxşı olar ki, turizm oduna yanıb, ölkəmizi külə çevirməyək!

Moderator.az xəbər verir ki, ərəblərin Azərbaycana turistik səfəri fonunda baş verən prosesləri Sherg.az-a şərh edən yazıçı Seyran Səxavət isə hesab edir ki, 5-10 manata görə, ərəblərin özbaşınalıqlarına və qadınlarımıza sataşmasına göz yummamalıyıq: 
"Qonaq gәrәk öz yerini bilsin! Bizim adət- ənənələrimizə əməl etmək onların borcudur. 1974-cü ildə Moskva şəhər İcrayə Komitəsinin Xarici İdarələr Əlaqəsinin göndərişi ilə İrana işləməyə gedirdim. Onda hələ şahlıq dövrü idi. Sovet İttifaqı Komunist Partiyasının Mərkəzi Komitəsi də Kremldə yerləşirdi. İrana ezamiyyətə göndərməzdən əvvəl Kremldə bizi qəbul edib, müvafiq sənədə qol çəkdirdilər. Sənəddə isə 10-15-ə yaxın maddələr vardı ki, oxuyub qol çəkməli idik. Bəyənçədiyimiz Şura hökumətinin şərt olaraq qeyd etdiyi həmin maddələrdən biri bu idi ki, getdiyin ölkənin adət- ənənəsinə, xalqına, qayda- qanunlarına, mədəniyyətinə, tarixi abidələrinə hörmətlə yanaşmalısınız. Sözümün canı, Azərbaycanda at oynadan ərəblərədir. Əvvəla qeyd edim ki, Azərbaycana turistik səfər edən ərəblərinin hamısının əxlaqsız olduğunu da qeyd etmək ədalətsizlik olar. Yəqin ki, istisnalar var. Amma onu deyim ki, hər şey bizim özümüzü aparmağımızdan asılıdır. Xalq olaraq səfərbər olub, ərəblərə göz- qulaq olası deyil ki, görək, bu "köpöğlu” nə işlə məşğuldur. Sözün açığı ərəblərin gəlib, Bakıda qadınlarımıza qarşı əxlaqsız təkliflər eləməsi mənə çox toxunur. 
Bu birbaşa namus, qeyrət məsələsidir. Özümüzü ərəblərə qeyrətsiz bir xalq kimi tanıtmamalıyıq. İlk təəssürat çox önəmlidir, sona qədər yaddaşlarda o qalır. Əks halda, bu gün turist kimi Azərbaycana səfər edən ərəblər öz ölkələrinə qayıdanda o biri ərəblərə "kef eləmək” üçün Bakının əlverişli məkan olduğunu tövsiyyə edəcək”.
Ərəb istilası dövründə Azərbaycana iş adamlarının böyük axını olduğunu vurğulayan Seyran Səxavətin sözlərinə görə, ölkəyə gələn ərəblər bir molla tapıb, "3 manat pul, bir kəllə qənd” verib, Azərbaycan qızlarını özünə siğə edirmiş. Müqavilələrinin vaxtı bitəndə isə azərbaycanlı qadını 5-6 uşaqla damın altında tək qoyub, öz ailəsinin yanına qayıdırmış. Yəni ki, bu əxlaqsızlıq ərəblərin canında var. Biz çalışıb öz mentalitetimizə özümüz sahib çıxmalıyıq: 
"Dünyada ilk əxlaqsız hərəkətlər elə ərəb qızlarına məxsusdur. Mən rəqqasələri təhqir eləmək istəmirəm, amma göbək rəqsini kimlərin oynadığı hər kəsə bəlli olan bir şeydir. 
Bizim belə bir bayatımız da var:
"Göbəyin ağ dələmə,
Görmüşəm, düymələmə”.
Deməyim odur ki, bütün Avropa ərəb qızlarının dələməyə oxşayan göbəyini görə- görə gəlib. Ərəblərin də gəlib Azərbaycan qızlarına bu cür münasibət bəsləməsi bizim üçün təhqirdir. Ona görə də, bəri başdan onların burunlarını ovmaq lazımdır. Biz namusu, qeyrəti ilə dünyaya dərs keçmiş bir xalqın törəmələriyik. 5-10 manata susayıb, qızlarımızı ərəblərə təslim edəsi deyilik ki!? Əgər Azərbaycanda turizm namusumuzun ayaqlar altında qalması hesabına inkişaf edəcəksə, gərəyimiz deyil! Biz soğan - çörəklə də dolana bilərik! 71 yaşlı bir ziyalı, Azərbaycan yazıçısı kimi aidiyyatı qurumları bu istiqamətdə real addımlar atmağa səsləyirəm. Bu cür faktlar aşkarlandığı halda barələrində ciddi ölçü götürülməldir. Amma bir daha yuxarıdakı fikrimə qayıdıram ki, hər şey bizim özümüzü aparmağımızdan və necə tanıtmağıızdan asılıdır. 
Atalarımızın çox gözəl deyimi var və lap elə yerinə də düşür: "Düyə göz eləməsə, kələ atılmaz”. 
Turizm adı ilə Azərbaycanı barxanaya çevirmək biqeyrətlikdir. Biz hər şeyin yerini bilən xalqıq. Qonaqpərvərlik, multikulturalizm öz yerində, amma qeyrətimizi, namusumuzu hər şeyin üstündə tutmalıyıq.
Dədə- babadan belə görmüşük, beləcə də davam etməliyik. Ərəblərin Azərbaycana axını və əxlaqsız təklifləri barədə müzakirələr, təhlillər aparılmalı, əhaliyə xəbərdarlıq edilməldir. Bu addımları isə aşağılayıcı xarakterdə yox, maarifləndirici tonda atmaq lazımdır ki, insanlarımız ayıq-sayıq olsunlar”
S. Səxavətin fikrincə, turizmin inkişafı, turist axını xaricdən gələnlərə qucaq açması deməkdir: 
"Düzdür, turizm inkişaf edən ölkələrin iqtisadi göstəriciləri yüksək olur, bu həm də ölkələrin tarixi abidələrinin dünyaya tanıdılması baxımdan əhəmiyyətli bir haldır. Amma mən Azərbaycanın turistik bir zonaya çevrilməsinin bir o qədər də tərəfdarı deyiləm. Böyük humanistliklə suriyalı miqrantlara qucaq açan Türkiyənin bu gün hansı duruma düşdüyünü görürük. Qardaş ölkə terrror altında əzilir. Nə bilək ki, Azərbaycana gələn ərəblərin hamısı yeyib- içməyə, istirahət eləməyə gəlir. Bəlkə də, terrorçu qruplaşmalara üzv olan insanlar bu ərəblərin arasında ölkəyə daxil olur. Məhz bu cür ehtimallara görə, ərəblərin Bakıya axını artdıqca, mənim narahatlığım da böyüyür!”.

 






Fikirlər