BAKIYA AXIN EDƏN ƏRƏBLƏRƏ QAYDA-QANUN ÖYRƏTMƏK LAZIMDIR

Картинки по запросу BAKIYA AXIN EDƏN ƏRƏBLƏR

Bəzən çox pul xərclədikləri üçün onların qaydaları pozmasına göz yumulur

2016-ci ildə ölkəmizə gələn ərəb tursitlərin sayında xeyli artım qeydə alınıb.

Hətta əvvəlki illərə nisbətən paytaxt küçələrində ərəblərlə daha sıx rastlaşmaq mümkündür.

Neftdən əldə edilən gəlir azaldıqca büdcədə olan maliyyə mənbələrinin aşağı düşməməsi üçün turizm sahəsinin inkişafı labüddür. Lakin müxtəlif əyləncə məkanlarında əylənən və etik normalara əməl etməyən bəzi ərəblər vətəndaşların narahatlığına səbəb olub.
Belə ki, sabiq maliyyə naziri Fikrət Yusifov da məsələ ilə bağlı öz münasibətini bildirib. O, sosial şəbəkədəki şəxsi səhifəsində ərəblərin Bakıya axın etmələrindən narahatlığını ifadə edən fikirlər paylaşıb. Onun sözlərinə görə, ərəblər olan yerdə sabitlik olmur: "Bu ərəblərin Azərbaycana axını artdıqca, mənim içimdə narahatlıq da böyüyür. Buna səbəb isə, onların təbiət etibarı ilə cahil olmalarıdır. Bir baxın ərəb dünyasına, görün bu gün orada nələr baş verir?”.
Ərəblərin ölkəmiz üçün iqtisadi baxımdan faydaları olduğunu deyən F.Yusifov buna baxmayaraq onları məsafədə saxlamağın daha yaxşı addım olduğunu düşünür: "Bizim harada zəmanətimiz var ki, səhəri gün İŞİD-ə aid olan insanlar bu ərəblərin arasında ölkəyə daxil olub, hər hansı bir təxribat törətməyəcəklər. Onların çoxalması istər-istəməz adamın içində narahatlıq yaradır. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı təkcə mən deyil, onlarla oxşar fikir bildirənlər var. Çünki hər kəsdə eyni hissləri yaradırlar. Bu gün guya sakit gəliblər və hər hansı bir iğtişaş hadisəsi törətmirlər. Ancaq şəhərin ortasında elə hərəkətlər edirlər ki, onu heç ifadə etməli deyil. Şəhərdə çox biabırçı işlərlə məşğuldurlar. Narahatlığımın əsas səbəbi ondan ibarətdir ki, bu gün dünyada baş verən terrorun mərkəzində bunlar dayanıblar”.
Azərbaycana fərqli ölkələrdən turistlərin daim gələcəyini deyən iqtisadçı-ekspert Vüqar Bayramov narahatlıq doğuran halların aradan qaldırılması üçün bir sıra standartların tətbiq edilməsini məqsədəuyğun hesab edir: 
"Düşünürəm ki, nəinki ərəblərin, həmçinin bir sıra Avropa ölkələrindən olan turistlərin ölkəmizə gəlməsinə bir sistem kimi hazır olmalıyıq. Ərəb turistlərin gəlməyindən narahat olmaq yerinə daha məqsədəuyğun olardı ki, bir sıra otellər, əyləncə mərkəzləri öz standartlarını müəyyən etsin. İstər ərəb, istərsə də Avropadan gələn turistlər həmin standartlara əməl etməlidirlər. Bu standartlar ölkə qanunvericiliyinə uyğun olub müəyyən edilməlidi. Əgər bu standartlar tətbiq olunarsa, ərəblər ölkəmizdəki qaydalara uyğun davranmaq məcburiyyətində qalacaqlar. Biz turistləri hazırlanan qaydalar çərçivəsində yaşamağa məcbur etməliyik”.
Ekspert həmçinin bildirib ki, bəzən turistlər çox pul xərclədikləri üçün onların qaydaları pozmasına göz yumulur: 
"Amma bu olduqca yanlış siyasətdi. Bu gün ərəblər çox fərqli ölkələrə gedirlər. Həmin ölkələr içərisində Avropa ölkələri də var. Lakin həmin ölkələrin vətəndaşları öz qaydalarını ərəb turistlərə tətbiq etməyə çalışmırlar. Çünki ərəblər getdikləri ölkələrin qaydalarına uyğunlaşmaq məcburiyyətindədir. Turistin hansı ölkədən gəldiyi vacib deyil. Əsas olan turistlərin ölkəmizdə olan qaydalara uyğunlaşması, insani davranışı, sanitariya və digər qaydalara əməl etməsinə nail olmaqdan ibarətdir. Əgər bu reallaşarsa, təbii ki, gələcəkdə hansı ölkədən gəlməsindən asılı olmayaraq turistlərdən qorxmamalıyıq”.
Tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı da ölkəmiz üçün turizmin inkişafını əsas meyar hesab edir:
"Azərbaycanda neftdən gələn gəlirlər azaldıqca regionların inkişafı və digər sahələr kimi turizm inkişafı da önə çıxır. Prezidentin sərəncamı ilə diqqət ayrılan sahələrdən biri turizmdir. Ərəblərin Azərbaycana son illər gəlişinin artmasına müsbət yanaşmaq lazımdır. Ərəblər başqa turistlərə nisbətən maddi cəhətdən daha imkanlıdı. Ərəb ölkələri neft ilə zəngindir. Onların axınının artmasının əsas səbəbi viza rejiminin sadələşdirilməsidir. Qardaş Türkiyədə, Suriyada, İraqda gedən müharibələr və Azərbaycanın stabil ölkə olması üçün ərəblər bura daha çox gəlirlər. Onların davranış qaydalarına qaldıqda isə bu, bilavasitə müvafiq istirahət və əyləncə zonalarının təhlükəsizlik xidmətinin işidir. Bir-iki nəfərə görə bütün ərəblərə qara yaxmaq düzgün deyil. Hazırda turizmin inkişafı Azərbaycan perspektivində olan operativ məsələlərdən biridir”.
AzerTaym.az






Fikirlər