Azərbaycana gəzməyə gəlib ev alan turistlər - ARAŞDIRMA
Son günlər paytaxt küçələrində turistlərlə tez-tez qarşılaşırıq. Xüsusilə ərəb turistlərin sayı bu il çoxluq təşkil edir. Turist sayının çoxluğu bu sektorun inkişafında müəyyən irəliləyişlərin olduğunu göstərir. Bu il ərzində Azərbaycana gələn turistlərin sayının nə qədər olduğu da maraqlıdır. Admiral.Az Azərbaycana gələn turistlərlə bağlı araşdırma aparıb.
Admiral.Az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov da ölkəyə gələn turist sayında ciddi artım müşahidə olunduğunu bildirib.
Ruslar müalicəyə, ərəblər gəzməyə V.Şıxəmmədov ölkəyə gələn turistlərin seçdikləri marşrutları haqda da danışıb. “Əsasən Bakıya yaxın regionlarımıza, xüsusilə Quba, Qusar, Xaçmaz, həmçinin, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki istiqamətlərində səfərlər edirlər. Onların səfərlərini turizm şirkətləri təşkil edir”, - deyə o bildirib. Nazirliyin nümayəndəsi gələn turistlərin turizmin hansı növünə maraq göstərdiyini də açıqlayıb: “Hər bir ölkənin özünü turizm seqmenti mövcuddur. Misal üçün, rusiyalı turistlər sağlamlıq turizminə maraq göstərir, Naftalan, Qalaltı kimi yerlərə üz tuturlar. Həmçinin, onlar tarixi yerlərə də səfərlər edirlər. Ərəb ölkələrindən gələn turistlər isə daha çox səyahət edirlər. Çünki Azərbaycan onlar üçün yeni bazardır. Bununla yanaşı, Azərbaycanda keçirilən beynəlxalq festivallara, idman yarışlarına görə səfər edənlərin də sayı az deyil”, - deyə o bildirib.
Statistikanı bilmək istəyənlər bir il gözləməli olacaq Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov da Admiral.Az-a açıqlamasında bildirib ki, bu il başa çatmadığından hansısa bir rəqəmin açıqlanması mümkün deyil: “Lakin müşahidələr onu deməyə imkan verir ki, bu il ölkəyə gələn turistlərin sayı keçən ilkindən xeyli çox olacaq”. B.Bilalovun sözlərinə görə, iranlılar çoxdan Azərbaycana maraq göstərirdilər:
Ekspert qeyd edib ki, ölkəyə turist axınını gücləndirmək üçün əvvəlcə hansı ölkədən daha çox turist cəlb edə biləcəyimizi müəyənləşdirməli və orada ciddi iş aparmalıyıq: “Təkliflər irəli sürülməli, təbliğat işi həyata keçirilməlidir. Turizm sektorunu inkişaf etdirmək istəyən ölkələrin hamısı əvvəlcə bu xətti tuturlar. Azərbaycan da Mədəniyyət və Turizm Nazirliyinin timsalında hər il müxtəlif ölkələrdə keçirilən 20-25 turizm sərgisində iştirak edir. O sərgidə təkcə eyni zamanda, Azərbaycan turizm şirkətləri, mehmanxanaları da təmsil olunaraq, öz məhsullarını nümayiş etdirirlər. Bu təmsilçiliklə onlar Azərbaycanın turizmə yararlı imicini formalaşdırır, turizm potensialimizi təbliğ edirlər. Təbii ki, bütün bu işlər öz nəticəsini verməli idi. Bu gün artıq bunun şahidi oluruq”. Səhra insanlarını Azərbaycanda cəlb edən nədir? Bir həftəyə bir turistdən nə qədər qazanırıq? B.Bilalov vurğulayıb ki, ərəb ölkələri ilə yanaşı, Rusiyadan gələn turistlərin sayında da əvvəlki illərə nisbətən artım müşahidə olunur:
Rəsmi statistikaya görə, 2015-ci ildə Azərbaycana gələn turistlərin sayı 2 milyon təşkil edib. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ötən il jurnalistlərə açıqlamasında bildirmişdi ki, 2014-cü illə müqayisədə gələn turistlərin sayında azalma müşahidə olunub. Buna səbəb kimi nazir dünyadakı iqtisadi böhranı göstərmişdi. Xüsusilə Rusiya iqtisadiyyatında yaranan çətinlik Azərbaycana gələn turistlərin sayında əsas paya sahib olan rus turistlərin gəlməməsinə səbəb olmuşdu.
Qeyd edək ki, rəsmi məlumatlarda 2014-cü ildə Azərbaycana gələn turistlərin sayı 2,5 milyon göstərilirdi.
Artıq 2016-cı ilin birinci yarımilliyidir. Müşahidələr göstərir ki, Azərbaycana gələn turistlərin sayı artıb. Xüsusilə, ərəb ölkələrindən gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30 dəfə artıb.
Azərbaycana gələn ərəblərin sayı 30 dəfə artıb
Lakin V.Şıxəmmədov hazırda turistlərin sayı ilə bağlı konkret statistikanın olmadığını deyib:
“Bu statistika müxtəlif qurumlardan məlumat alınandan və təhlil olunandan sonra açıqlanır. Biz bunu hazırlayandan sonra ictimaiyyətə açıqlayacağıq. Hazırda konkret rəqəmlər yoxdur. Lakin ciddi artım olduğunu deyə bilərik. İlkin təhlillərə görə, Rusiya, İran, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya kimi ölkələrdən gələnlər üstünlük təşkil edir. 2016-cı ilin may ayına olan təhlilə əsasən deyə bilərəm ki, ərəb ölkələrindən gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30 dəfə artıb”.
“2016-ci ildə Azərbaycana gələn turistlərin sayı barədə yekun məlumat 2017-ci ildə hazır olacaq”.
Turizm eksperti Bahadur Bilalov da Admiral.Az-a açıqlamasında statistik göstəricilərin gələn il açıqlanacağını bildirib:
Ekspert son vaxtlar xüsusilə İran və ərəb ölkələrindən gələnlərin çoxluq təşkil etməsini şərh edərkən bunun bir sıra səbəblərini açıqlayıb.
İranlı turistlərin yolu açılıb
“Təxminən on il bundan qabaq Novruz bayramı ərəfəsində ölkəmizə çoxlu iranlı turist gəlirdi. Amma sonradan viza almaq çətinləşdi. Viza baha başa gəldiyi üçün onlar daha çox Gürcüstan və Ermənistan tərəfə üz tutmağa başladılar. İrandan Azərbaycana səyahət edənlərin çoxu da Cənubi Azərbaycanlılar idi. Onlar üçün dil problemi olmadığından yenidən Azərbaycana üz tutmaları da sevindirici haldır”.
B.Bilalov da bildirib ki, Azərbaycana ərəb ölkələrindən, xüsusilə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlərin sayında ciddi artım müşahidə olunur.
“Bunun səbəblərindən biri odur ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Birləşmiş Ərəb Əmirliyində nümayəndəlik açıb. Nazirlik səviyyəsində BƏƏ Azərbaycana potensial turist göndərən ölkə qismində götürülür. Orada artıq iş aparılır. Azərbaycan müsəlman ölkəsidir. Ərəb ölkələri üçün, İran üçün dini qadağalar elə də yoxdur, sərbəstlik var. Və Avropa ilə Şərq mədəniyyəti burda sintez olub, o nöqteyi nəzərdən ərəb ölkələrindən daha çox axın var”, - deyə ekspert qeyd edib.
B.Bilalov turistlərin axınının ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edəcəyini vurğulayıb:
“Ümumdünya Turizm Təşkilatının statistik rəqəmlərində göstərilir ki, turizmin xərci deyəndə, onun yalnız ölkədə qalmağı nəzərdə tutulmur, eyni zamanda bura nəqliyyat xərclərindən tutmuş suvenirlərin alınmasına qədər, hər şey daxildir. Bu zaman da müəyyən qədər vəsait xərcləyirlər. Ortalama götürsək, bir turist bir həftə ərzində getdiyi ölkədə 800-1000 dollar arasında pul xərcləyir”.
Gəzməyə gəlib ev alanlar
Ekspert ölkəyə gələn turistlərin regionlara maraq göstərməsinə də diqqət çəkib.
“Hər bir turist hansısa bir ölkəyə səyahət edərkən daha çox o ölkə haqqında müəyyən informasiyaya sahib olur. Azərbaycana gələn turist də əvvəlcədən müəyyən proqram tərtib edir. Turistlərə Bakını gəzmək üçün maksimum 2 gün kifayət etdiyinə görə, bir həftəlik ölkəmizə gələn turist müxtəlif rayonlara da getməyi proqramlarına daxil edirlər. Şəkiyə, Qəbələyə və digər bölgələrə üz tuturlar. Ərəb ölkələrindən gələn turistlər hətta bu rayonlarda daşınmaz əmlak almağa da başlayıblar. Səhra şəraitində yaşamış ərəblər üçün gözəl, yaşıllıqla əhatə olunmuş müsəlman ölkəsi maraqlı gəlir. Bu səbəbdən də daşınmaz əmlak almaq qərarına gəlirlər”, - deyə o qeyd edib.
Turizm sənayesi və potensial reklamçılarımız
“Bu Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada da nümayəndəliyinin olması və müxtəlif rus telekanallarında Azərbaycan turizmini təbliğ edən verilişlərin nümayişi ilə bağlıdır. Digər tərəfdən, Türkiyədə baş verən terror hadisələri və çevrilişə cəhd bu ölkəyə üz tutmaq istəyən turistlərin bir çoxunun Azərbaycana axınına səbəb olub. Son vaxtlar prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində infrastruktur formalaşıb. Prezident son iki çıxışında da qeyd edib ki, turizm sənayesi formalaşmalıdır. Yəni turizm sənayesi turistləri lazımı olan xidmətləri təmin edən obyektlərin qarşılıqlı məcmusu kimi nəzərdə tutulmalıdır. Azərbaycanda ayrı-ayrılıqda otellər, restoran-kafe, qidalanma sektoru mövcuddur, nəqliyyat strukturu formalaşıb. Bunlar hamısı bir məqsəd ətrafında, yəni ölkəyə gələn turistlərə yüksək xidmət göstərmək naminə birləşməli, qarşılıqlı fəaliyyət göstərməlidirlər. Yüksək xidmət görən hər bir turist potensial Azərbaycanın reklamçısına çevrilir”.