"NAZİR DƏ DEYİR Kİ, 2 MİN MÜƏLLİM SAXTA DİPLOMLA ÇALIŞIR" - EKSPERT

"Saxta diplomlarla bağlı məsələ aktualdır. Lakin bu məsələ ilə bağlı şikayətlərin tendensiyası azalmaq üzrədir”. Bu sözləri baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, saxta diplomlar şərti olaraq 2 qrupa bölünür: 
"Birinci qrup diplomların açıq-aydın saxta olması gözlə görünür. İkinci qrup diplomlara isə baxmaqla onların saxta olmasını müəyyən etmək olmur. Vətəndaş işə düzələrkən diplomunu təqdim edir, nəticədə məlum olur ki, diplom saxtadır. Elə diplomlar var ki, 30 il bundan qabaq alınıb, onların saxta olmasını müəyyən etmək çox çətindir. Qeyd edim ki, saxta diplomlarla bağlı Təhsil Nazirliyinin bizə müraciəti əsasında iş aparılır”.
Məsələni dəyərləndirən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu 30 il bundan qabaq saxta diplomların mövcudluğunun yanlış olduğunu söyləyib:
"O zaman sovet quruluşu idi. Sovet quruluşunda verilən hər bir diplomun arxasında arxiv dayanırdı və arxivləşdirilirdi. İndi arxivi axtarsalar 30 il bundan qabaq təhsil almış şəxsin diplomunda saxtakarlıq aşkar etmək mümkün olmayacaq. Çünki belə saxtakarlıq olmayub. Bunların hamısı yalan və iftiradı. Amma saxtakarlığı hər kəs bir cür başa düşür. Kimsə hər semestrdə müəllimlərə pul verib qiymət yazdırsa və ali məktəbi bitirsə, onun aldığı diplom saxta hesab oluna bilməz heç vaxt. Yalnız o diplomlar saxtadır ki, tələbə ali məktəbin auditoriyasında oturmur, həmin diplomun arxivləşdirilməsi baş vermir. 
Dağıstan vilayətində çox vaxt saxta diplom verirlər. Həmin diplomları verəndə də onun kökü olmur. Amma bunlardan fərqli olaraq Rusiyaya gedib oxuyanlar var. Auditoriyada oturur, bir kəlmə rus dilində bilmir. Onlarda pullu təhsildi deyə həmin tələbənin hər semestrdə qiymətini yazırlar və tələbə diplomu alır. Bu diplomu da saxta hesab eləmək olmaz. 
Nazirin özü etiraf edib ki, bu gün ucqar rayonlarda iki mindən çox müəllim saxta diplomla fəaliyyət göstərir. Hər halda nazir özü də saxta diplom sözü anlayışını çox gözəl başa düşür. Saxta diplomlar odur ki, oturub kiminsə adını yazırlar və möhür vurub verirlər. Bu işi də görənlər ölkəmizdə Azərbaycan Müəllimlər İnstitutlarıdı. Hesab edirəm ki, saxta diplomlu şəxsləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aşkarlayar. Onlar əgər istəsələr saxta diplom sahiblərini aşkarlayarlar. Hüquqda belə anlayış da var ki, iki min adamın hamısını həbs etmək olmaz. Bunun təşkilatçısını həbs eləmək lazımdır”.

 






Fikirlər