Qafqaz Universitetinin bazasında Mühəndislər Universiteti yaradılır? – AÇIQLAMA

qafqaz

Yaxın 10 gün ərzində Qafqaz Universiteti ilə bağlı hər şey açıqlanacaq. O zaman hər bir məsələdən xəbərdar olacaqsınız. Sadəcə, işçi qrupunun qərarını gözləyirik”.

Bunu Modern.az-a açıqlamasında Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza adıçəkilən təhsil ocağının sonrakı taleyi barədə danışarkən deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Qafqaz Universitetinin nəzdində Mühəndislər Universitetinin yaradılması xəbəri də yalandır. “Universitetin nəzdində Mühəndislər Universitetinin yaradılması məsələsinin bizə aidiyyatı yoxdur. Sadəcə, şayiələr yayırlar. Bu barədə rəsmi açıqlama verilməyib. İşçi qrupu Qafqaz Universiteti və Təhsil Nazirliyi ilə birgə çalışır. Tələbələrin hara və necə yerləşdiriləcəyi, müəllimlərin taleyi barədə işlər davam etdirilir. Hələ ki, bizə dəqiq məlumat verilməyib. Qısa vaxtda daha geniş açıqlama olacaq”.
Qeyd edək ki, Qafqaz Universitetinin rəhbərliyi yanvarın 16-da Təsisçilər Şurasının qərarı ilə universitetin ləğvetmə prosesinə başlayıb və ləğvetmə komissiyası yaradılıb. Eyni zamanda universitetin ləğvi ilə bağlı Təhsil Nazirliyində İşçi qrupu yaradılıb və qış imtahan sessiyasından sonra tələbələrin digər universitetlərə köçürülməsi həyata keçiriləcək.

 






Fikirlər