Qafqaz Universitetinin rektoru haqda — AÇIQLAMA

Qafqaz Universitetinin rektoru haqda — AÇIQLAMA

“Sabah Qafqaz Universitetinin kampusunda təhvil-təslim işləri həyata keçiriləcək”.

 Ölkə.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov deyib.
 Rektor bildirib ki, Qafqaz Universitetində təhsil sistemi əvvəlki qaydada saxlanılacaq: “Bütün ixtisaslar, abituriyentlərin qəbulu olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək”.
 E. Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda davam etdiriləcək.
 BANM rektoru onu da qeyd edib ki, sabah Qafqaz Universitetinin rektoru Əhməd Saniç vəzifəsindən azad olunacaq.
 
Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.






Fikirlər