Sadiq Gözəlov və Şərif Əsədullayev təqaüdə GÖNDƏRİLDİ
Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib. DİN-in mətbuat xidmətindən S. Gözəlov və Ş. Əsədullayevin təqaüdə göndərildiyini təsdiqləyiblər. Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib. Qeyd edək ki, "Haqqın.az" saytı S. Gözəlov, Ş. Əsədullayev və Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun da işdən çıxarılması barədə məlumat yayıb.