“Valideyn iclaslarına yalnız analar GƏLİR”

““Valideyn iclaslarına yalnız analar gəlir”

Bu gün uşaqların məktəblərdə təhsil alması üçün hər cür şərait yaradılıb. Lakin məktəbədə ailədaxili problemlərlə üzləşmək mümkündür. Bir çox hallarda münaqişələrlə bol olan ailələrdən gələn uşaqların təhsilə adaptasiyası o qədər asan olmur”.

Qafqazinfo” xəbər verir ki, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbələri və onların aradan qaldırılması yolları” mövzusunda keçirilən dəyimi masada çıxış edərkən deyib. Onun sözlərinə görə, məktəb uşaqların vəziyyətini təhlil etməklə ailə problemlərinin olduğunu daha tez müəyyənləşdirə bilir: “Lakin biz məktəbdə problemlə qarşılaşan uşaqlara kimin kömək edəcəyini düşünməliyik? Bakı şəhərində İdarəmizin tabeliyində 307 ümumtəhsil məktəb var ki, onlarda 286 psixoloq fəaliyyət göstərir. Həmin psixoloqların ötən il bilik, bacarığı qiymətləndirilib. Bu zaman 286 məktəb psixoloqunun yalnız 24 nəfərinin peşəkar olduğu müəyyənləşib”.M. Vəliyeva bu gün psixoloqların məktəbdə çalışmaq istəmədiyini təəssüflə qeyd edib: “Bunun səbəbi əmək haqqının kiçik olmasıdır. Təxminən 180 manatın əmək haqqının müqabilində 2 minə yaxın şagirdi olan məktəbdə 1 psixoloq fəaliyyət göstərir. Ailədaxili problemlərin artdığını nəzərə alsaq, görərik ki, məktəb psixoloqunun üzərinə çox ağır yük düşür. Bu baxımdan mən həm valideyn, həm uşaqlar, təhsil verənlərin özlərinin, eyni zamanda müxtəlif yaş qruplarını əhatə edən proqramların hazırlanmasına çox ciddi ehtiyac var.Bu gün məktəblərdə təkcə psixoloq deyil, təhsil verənlərin özləri, eləcə də valideynlərlə ayrıca işlənməlidir. Valideynlər geniş auditoriyadır. Yalnız analar deyil, atalar da təhsilə cəlb olunmalıdır. Bu gün valideyn iclaslarına yalnız analar gəlir. Bu da uşaqların təhsili ilə daha çox qadınların məşğul olduğunu görürük. Bu baxımdan atalar maarifləndirilməlidir”.Ailədaxili problemlərin uşaqların təhsilə davamiyyətinə də təsir etdiyini dilə gətirən M. Vəlieyeva qeyd edib ki, bəzən valideynlər hər hansı problemə görə uşağını dərsdən yayındırır: “Belə hallara tez-tez rast gəlinir. Hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsilin informasiya sistemi təkmilləşdirilir. Artıq oradakı məlumat hər bir uşağın şəxsiyyət vəsiqəsi əsasında bazaya daxil ediləcək. Bu eyni zamanda uşaqların məktəbdən yayınma hallarının aradan qaldırılmasına imkan yaradacaq. Bununla yanaşı, Bakıətrafı qəsəbələrdə yaşayanlar 6-7 sinifdən sonra qız uşaqlarını məktəbə buraxmırlar. Bu zaman uşaqların təhsil almaq hüququ pozulur. Belə olan halda valideynlərin məsuliyyətini artıran tədbirlərin genişləndirililməlidir. Misal üçün bu yaxınlarda Qala qəsəbəsində məktəbə gələn uşaqların dərsə davamiyyətinin zəifliyini müzakirə etdikdə gördük ki, orada valideynlər qızlarını oxumağa qoymurlar. Bəzən məktəblər uşaqlara qarşı zorakılıq halları zamanı valideynə irad bildirildikdə valideyn polisə şikayət edir. Bu baxımdan məktəbin burada mövqeyi müəyyənləşdirilməli, uşaqların hüquqları pozulduqda məktəb valideynin iradəsi olmadan polisə müraciət etməlidir. Uşaqların gələcəyi məktəbi narahat edir. Uşaqların həyatı təhlükəsizliyi məsələsinə də diqqət artırlımalıdır”.






Fikirlər