Dünən Minval.az xəbər saytında Rusiyanın xarici işlər naziri Sergey Lavrova cəsarətli sual verən jurnalist Anar Həsənovun Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlundan üzr istədiyi haqda məlumat yayılıb.
Məlumat etibarlı mənbələr yayıb.
Mənbələrin bildirdiyinə görə, Anar Həsənov iş axtarmaq üçün Bakıya gəlib və ona heç kim iş verməyib.
Qeyd olunan İnformasiya Minval.az saytında getdikdən sonra Anar Həsənov Minval.az saytının redaktoru Anar Həsənovla əlaqə saxlayıb.
O, saytın redaktoruna bildirib ki, Bakıda olması haqda deyilənlər doğru informasiyadır. Bakıya gəlməsinə səbə isə atasının xəstəliyi olub.
Anar Həsənov bildirib ki, nə indi, nə də başqa vaxt Polad Bülbüloğlundan üzr istəmək fikrində deyil.
"Üzrü səhv etmiş insanlar edir. Mən isə heç bir səhv buraxmamışam. Mən Rusiyanın xarici işlər nazirinə beynəlxalq hüquq prinsiplərinə, həmçinin ölkəmizin marqlarına, aprel döyüşlərindəki uğuru barədə sual verdim. Mən əminəm ki, bizim haq səsimiz, mövqeyimiz, prinsipial siyasətimiz, ordumuzun uğuru hər yerdə eşidiləcək və ədalət qalib gələcək.”
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalist Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanlandığı sualı provakativ adlandırıb, hətta onu bu suala görə təhqir etmişdi.