Füzuli rayon 40 saylı ümumi orta məktəbində Xocalı soyqırımının 25 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Novrəstə Yusifova, "Mədəni İnkişaf Mərkəzi”nin rəhbəri Gəray Əlibəyov,"Məşəl Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Alman Abbasov, "Regional Sosial-İqtisadi İnkişaf üzrəMaarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova, məktəb müəllimləri və şagird heyyəti iştirak etdilər.
Əvvəlcə, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir məktəbin müəllimlərindən Quliyeva Anaxanım, Orucova Şəkər, Hüseynova Fəridə və Musayeva Əntiqəxanımın birgə təşkilatçılığı ilə şagirdlərin hazırladıqları Xocalı soyqırımına həsr edilmiş kompozisiya ilə başlanıldı.
Kompozisiyadan sonra məktəbin direktor Yasəmən Quliyeva Xocalı kimi tarixi bir məkanın yer üzündən silinməsində rus ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək meyitlərinin təhqir olunduğunu, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığını, qətlə yetirilənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin ahıl və qoca olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyini xüsusilə diqqətə çatdırdı. Tədbirin sonunda dəvət olunan qonaqlar Xocalı soyqırımı ilə əlaqədar çıxışlar etdilər.
Çıxışlardanilk olaraq 40 saylı ümumi orta məktəbin ilk yaradıcısı, direktoru, qocamanıİsmayılov Məzahir müəllim Xocalıdan əvvəl 23 fevral 1992-ci il tarixində Füzulinin Veyselli və Hocavəndin Qaradağlı kəndlərində törədilmiş faciə və mühasirədə saxlanılması Xocalı soyqırımının törədilməsinə bir yol açıldığını qeyd etdi.
Tədbirə qatılan qonaqlar öz çıxışlarındaXocalı faciəsi barədə ətraflı məlumat verərək, Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd etdilər.
Həmçinin, Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olundu.
Təşkil etdilmiş anım mərasimində həmçinin, Qarabağ müharibəsi iştirakçıları bu faciəni öz xatirələri ilə bölüşdülər və gəncləri dövlətimizin müstəqilliyinin qoyunmasına, hərbimizin güclənməsində bu gənclərə ehtiyac olduğunu, düşmənlərlə silahla bərabər, elm və savad gücü ilə mübarizə aparmağa səslədilər.