"SAXTA yolla əlillik dərəcəsi ALANLAR AŞKARLANSIN..."

Картинки по запросу vüqar bayramov

"İndiki mərhələdə pensiya yaşının artırılmasına ehtiyac yoxdur”.

Bunu Sherg.az-a pensiya yaşının mərhələli şəkildə artırılmasını şərh edərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 
O bildirib ki, real orta ömür müddətində hələlik artımlar müşahidə olunmadığından pensiya yaşının artırılması məqsədəuyğun deyil:
"İndiki məqamda iqtisadçılar və əhali pensiya yaşının artırılmasının tərəfdarı deyillər. Keçid dövründə xüsusən, yaşlı nəslin dövlətin sosial müdafiəsinə ehtiyac var. Baxmayaraq ki, pensiya paketində digər islahatlar da nəzərdə tutulub. Məsələn 12 illik iş stajının ləğv edilməsini yüksək qiymətləndirirəm. Gələcəkdə real ömür müddəti artarsa, ona uyğun olaraq, pensiya yaşı da yüksəldilə bilər. Nəzərə alsaq ki, pensiya yaşının artırılması ilə dövlət müəyyən məsrəflərə qənaət etmək niyyətindədir. Bunu başqa yollarla da edə bilər. Hazırda pensiya və təqaüd alanların struktur üzrə qiymətləndirilməsi və saxta yolla əlillik dərəcəsi alınmasının önlənməsi büdcədə xeyli qənaət yarada bilər. Bu zaman pensiya yaşını artırmadan pensiyaçıların təminatını həyata keçirmək olar”.
Qeyd edək ki, son günlər mərhələli şəkildə pensiyaya çıxma yaşının artırlması məsələsi müzakirə olunur. 






Fikirlər