Məlahət İbrahimqızı: “Qırğız hökuməti belə addım atarkən nə etdiyini BİLMƏLİ İDİ”

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad Sammitində Qırğızıstan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnaməyə qoşulmayıb. Bu, Azərbaycan siyasi dairələrində narazılıqla qarşılanıb.

Milli Məclisin Azərbaycan-Qırğızıstan parlamentlərarası işçi qrupunun üzvü Məlahət İbrahimqızı Modern.az-a açıqlama verib. O, bildirib ki,

Qırğızıstan hökuməti bu məsələdə diqqətli olmalı idi.

“Qırğızıstan türkdilli dövlətlərin parlament Assambleyasında təmsil olunmaqla yanaşı, Qırğızıstanın türkdilli dövlətidir. Onlardan umacağımız çoxdur. Biz türkdilli dövlət olaraq bir çox məsələlərdə bir-birimizi müdafiə etmişik və edirik. Qətnaməyə qoşulmamaqla bağlı onu deyə bilərəm ki, görünür, Qırğızıstan parlamentində müəyyən qüvvələr var ki, onlar hələ də türkdilli dövlətlər arasında olan əməkdaşlığa, işbirliyinə, qardaşlığa xələl gətirmək niyyətindədir. Bunu ancaq belə izah edə bilərəm. Qırğızıstan Azərbaycanın strateji müttəfiqidir. Biz bütün məsələlərdə ortaq məxrəcə gələ bilirik. Təhsil, mədəniyyət sahəsində çox ciddi əməkdaşlığa malikik.  Bunlar türkdilli ölkələrin nizamnaməsində öz əksini tapıb. Ona görə də Qırğızıstanın bu qətnaməyə qoşulmaması doğru addım deyil. Türk dünyasının birliyinə hər bir türk dövləti önəm verməlidir. Qarabağ məsələsi də türk dövlətlərinin ən həssas məsələlərindən biridir. Hər halda, Qırğızıstan hökuməti belə addım atarkən nə etdiyini bilməli idi”.

İqtisadi Əməkdaşlıq Təşkilatının 1985-ci ildə Pakistan, Türkiyə, İran tərəfindən qurulub. 1993-cü ildən Azərbaycan və 5 Orta Asiya respublikası bu quruma üzv olublar.

Bu il martın 1-də Pakistanda qurumun XIII sammiti keçirilib

 






Fikirlər