“Büdcəni mənimsəməyə görə kimlər məsuliyyətə cəlb olunub?” - Millət VƏKİLİ
Millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı büdcə vəsaitlərinin mənsimsənilməsnə görə konkret faktların əksini tapmasının vacibliyini vurğulayıb. “Qafqazinfo” xəbər verir ki, millət vəkili bildirib ki, hesabatda bu barədə konkretlik yoxdur: "Məsələn, mən hesabatda görmədim ki, büdcə vəsaitlərini mənimsəməyə görə, nə qədər cinayət işi var?! Kimlər cinayət məsuliyyətinə cəlb olunub, bu barədə heç nə deyilmir...Hansı ki bunlar hesabatda olmalıdır". O, bu baxımdan təklif edib ki, parlamentdə Büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır.