DEPUTAT Ceyhun Osmanlıya VƏZİFƏ VERDİ...

 

Deputat Ceyhun Osmanlıya vəzifə verdi

Mili Məclisin sabiq deputatı Ceyhun Osmanlı Odlar Yurdu Universitetinə prorektor vəzifəsinə təyin edilib.Bu barədə məlumatı C.Osmanlı təsdiq edib

Xatırladaq ki, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev də xəbər saytlarına Ceyhun Osmanlının universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirmişdi.

Bu gündən Ceyhun Osmanlının Odlar Yurdu Universitetində Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsini icra edəcək.

Qeyd edək ki, Ceyhun Osmanlı iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Deputat olduğu dövrdə Avropa Parlamenti, Avronest, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edib. Həmçinin, “İrəli” İctimai Birliyinin həmtəsisçisi və sədri olub.

Onun Türkiyədə FETO terror təşkilatı kimi tanınan “Gülən” şəbəkəsinə bağlı olduğuna dair iddialar var. Özü bunu təkzib etsə də, deputatlığına son verilməsi və “İrəli”dən uzalaşdırılması bu ehtimalları gücləndirir. Bu baxımdan Əhməd Vəliyevin belə qərar verməsi maraq doğurmaya bilməz. (ölkə.az) 

 






Fikirlər