Bağlanan verilişdə vəzifəli şəxsləri yıxıb-sürüyən - ŞƏRHLƏR/ VİDEO

ATV-də Turan İbrahimovun aparıcısı olduğu "ATV səhər” verilişinin bağlanma səbəbi kimi onun verilişlərdə sərt şərhlərlə çıxış etməsigöstərilir. Məlumata görə, "ATV səhər”də yayımlanan reportajlar və şəxsən Turan İbrahimlinin ziddiyyətli şərhləri hakimiyyət dairələrində və xüsusilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərində ciddi narazılıq doğururmuş.

 BakıPost.az belə bir məqamda Turan İbrahimovun sosial şəbəkələrdə və online mediada daha çox müzakirə olunan şərhlərini xatırladır.

Belə ki, Turan İbrahimov bir müddət əvvəl Milli Məclisin deputatı Arif Rəhimzadənin "biz türk deyilik” sözlərinə sərt cavab verib.

O, Arif Rəhimzadənin türk olmadığına diqqət çəkərək, deputatın üzr istəməli olduğunu bildirmişdi.

 "Mən bir jurnalist olaraq, televiziya işçisi olaraq birinin Rusiyada belə bir söz işlətməsini heç cür qəbul etmirəm və bütün ictimaiyyəti, hətta Milli Məclisin bütün cəzalandırma mexanizmlərini çağırıram ki, o şəxsi necəsə cəzalandırsın. Necə ki, Astan Şahvediyevi məcbur etdiniz xalqdan üzr istədi, Arif Rəhimzadə də üzr istəməlidir.

 Bütün ziyalılar qınayırlar. Bəziləri də hətərəm-pətərəm danışır. O tərəfin də xoşuna gəlməyə çalışır, bu tərəfin də. Kişi olmaq lazımdır. Bu cür məsələlərə kökündən son qoymaq lazımdır".

 

 Bundan başqa, aparıcı nazirləri və iri ranqlı məmurları da sərt tənqid etmişdi:

 

 Aparıcı Bakı-Sumqayıt yolunda tələbələrin ölümü ilə bağlı yol-nəqliyyat hadisəsində günahkar şəxsləri də tənqid edən şərhlə çıxış etmiş və idarəçilikdə mövcud problemlərdən danışmışdı:

 






Fikirlər