Arif Rəhimzadə Türk Dünyası Ağsaqqallar Şurasının ÜZVÜ İMİŞ
“Son günlər Milli Məclisin deputatı Arif Rəhimzadənin azərbaycanlıların türk kimliyini israrlı şəkildə danması faktı mənə bir tarixi məqamı xatırlatdı. Biz 2012-ci il yanvarın 26-da Ankarada TÜRKSOY-un baş iqamətgahında olanda Arif Rəhimzadə oraya Türk Dünyası Ağsaqqallar Şurasının üzvü kimi təşrif buyurmuşdu”. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal çıxış edib. “TÜRKSOY-da həm Mirzə Fətəli Axundzadə ili ilə bağlı toplantı keçirilirdi. Həmçinin, bizə – Türk dünyası mediasından bir sıra şəxslərə TÜRKSOY-un media ödülü təqdim olunurdu. Mədəniyyət nazirləri də orada idi. Tədbirin gedişində Arif Rəhimzadə Azərbaycan Ağsaqqalar Şurasının sədri Fəttah Heydərovun yanında TÜRKSOY iqamətgahında göründü. O zaman Fəttah müəllimlə ayaq üstü söhbət zamanı o mənə bildirdi ki, biz Türk Dünyası Ağsaqqallar Şurasını təmsilən buradayıq. Yəni, Arif Rəhimzadə də. Onlar tədbirdə iştirak etdilər. Hətta Arif Rəhimzadəyə içərisində TÜRKSOY-un nəşrləri və hədiyyəsi olan çanta da təqdim olundu”. Baş redaktor bildirir ki, o zaman A.Rəhimzadəni TÜRKSOY iqamətgahında görərkən təəccüblənib: “Çünkü, Arif Rəhimzadənin mahiyyətinə, düşüncəsinə bələd olduğum üçün onu orada yad element kimi görmüşdüm. Bu baxımdan, bu gün onun açıqlamaları mənə təəccüblü gəlmir. Sadəcə, təəssüf edirəm k, o zaman TÜRKSOY iqamətgahında Arif Rəhimzadəyə “Türk kimliyimizi danırsansa TÜRKSOY-da nə işin var” deməmişəm”.
A.Camal bildirib ki, qeyd olunan tarixdə Türk Dövlətləri Mədəniyyət Təşkilatı olan TÜRKSOY-un Ankaradakı baş iqamətgahında keçirilən böyük toplantıda A.Rəhimzadə də iştirak edib: