“Neftin qiyməti daha yüksək həddə çatarsa, büdcəyə yenidən BAXILA BİLƏR”

2017-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına hələlik ehtiyac yoxdur.

Bu  haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

 İqtisadçı-deputat məsələnin gündəmdə olmadığını qeyd edib:

“2017-ci il üçün dövlət büdcəsini təsdiq edərkən neftin qiymətini 40 dollar səviyyəsində götürmüşük. Hazırda dünya bazarlarında neftin 1 barrelinin qiyməti 50 dollar səviyyəsindədir. Ola bilsin ki, neftin qiyməti yenə də artsın. Amma hələlik neftin qiymətinin artması ilə əlaqədar elə ciddi bir proqnoz yoxdur”.
V.Əhmədov bildirib ki, neftin qiyməti daha yüksək həddə çatarsa, büdcəyə yenidən baxıla bilər.

“Sosial layihələrin həyata keçirilməsi, əlavə müəyyən problemlər ola bilər ki, ölkə başçısının göstərişinə əsasən büdcəyə yenidən baxılması zərurəti yaranar. Amma hazırda bu, gözlənilən deyil”.






Fikirlər