Azərbaycan Jurnalistlər Şəbəkəsi İB yeni layihəsinin icrasına BAŞLAYIR
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihəsinin icrasına başlayıb. “Etik norma və ictimai davranış qaydalarının təbliğinə dəstək” adlanan layihə çərçivəsində ölkədə hal-hazırda aktual olan müxtəlif mövzular üzrə yüksək keyfiyyətdə 4 video çarx hazırlanacaq. Layihənin əsas məqsədi multimedia imkanlarından geniş istifadə edərək jurnalistikamızın peşəkarlığının artırılması, eləcə də cəmiyyətimiz üçün ictimai aktuallıq kəsb edən bir sıra məsələlərin qabardılması və bu yöndə ictimai davranış qaydalarının təbliğinə dəstək olmaq üçün video çarxlar hazırlamaqdır. Video çarxlar sosial media və internet mediasında asan paylaşıla bilən formatda hazırlanaraq ölkənin ən çox oxucu kütləsi olan internet media qurumlarının saytlarında və həmin saytların Facebook səhiflərində paylaşılacaq.. Layihənin 3 ay ərzində icra olunması nəzərdə tutulur. Layihənin yekununda “Etik norma və ictimai davranış qaydalarının təbliği” mövzusunda 4 peşəkar video hazırlanacaq. Bundan başqa, layihə çərçivəsində hazırlanmış videoların nümayişi üçün Bakı şəhərində təqdimat mərasiminin keçirilməsi də planlaşdırılır. Layihə barədə daha ətraflı məlumat almaq üçün www.ajn.az saytını ziyarət edə bilərsiniz.