Bakıda gərginliyə səbəb olan məscid gecə ilə söküldü - FOTO

Bakıdakı "Hacı Cavad" məscidi sökülür.

Musavat.com xəbər verir ki, məscidin söküntüsünə bir neçə saat əvvəl başlanılıb və hazırda iş davam edir.

Bildirək ki, "Sovetski" kimi tanınan ərazinin yaxınlığında yerləşən "Hacı Cavad" məscidinin sökülməsi xəbəri bu ilin aprel ayında gündəmə gəlmişdi.

Bu qərar dindarların narazılığına səbəb olmuş və məscdi ətrafından dindarlarla polis və söküntünü icra etmək istəyən şəxslər arasında gərginlik yaşanmışdı.

Yaranmış vəziyyətlə bağlı dövlət rəsmiləri açıqlama verərək gərginliyin aradan qaldırılmasına nail olmuşdular. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə sökülən məscidin əvəzinə həmin ərazidə yeni məscidin inşa ediləcəyini bildirmişdi.

Qeyd edək ki, məscid "Sovetski" ərazisində aparılan söküntü işlərinin davamı kimi həyata keçirilir. Həmin ərazidən avtomobil yolunun keçəcəyi qeyd edilir.

 AzerTaym.az






Fikirlər