Yeni məscidin təməli atılacaq

Yeni məscidin təməli atılacaqXristofor Kolumb və müsəlmanlar.

“A24.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevral ayında prezident Ərdoğanın Kubada tikiləcək məscidin əsasını atacağı planlaşdırılır. Buradakı layihədə “Ortaköy məscidi” nümunə götürüləcək.

Ərdoğan bir müddət əvvəl tez-tez Xristofor Kolombun xatirələrində Amerika qitəsinə ayaq basdığı zaman Kubada təpələrdən birində məscid gördüyündən bəhs etdiyini bildirmiş, qitəyə müsəlmanların daha əvvəl ayaq basdığını qeyd etmişdi.

Mübahisələrə səbəb olan bu ifadəsindən sonra Ərdoğan “Kubada həmin təpəyə məscid yaraşır” demişdi. Ötən illər ərzində Kuba hökuməti və Dini İşlər İdarəsi arasında keçirilən görüşlər nəticəsini verdi. Təxminən 4 000 müsəlmanın yaşadığı Kubadan icazə verildikdə Ərdoğana da məlumat verildi.

Ərdoğan layihə üçün “Ortaköy məscidi”nə bənzər məscidin tikiləcəyi layihənin hazırlanması ilə bağlı göstərişlər verdi. Dini İşlər İdarəsinin apardığı işlər sona çatsa, Ərdoğan fevral ayının ortasında Kubaya səfəri əsnasında məscidin əsasını qoyacaq. Kosta Rika və Meksikaya səfər edəcək Ərdoğanın proqramına Braziliyanın da daxil olduğu bildirildi.






Fikirlər