O cür qadınlar Türkiyədəkindən də çox olacaq – XƏBƏRDARLIQ
Onun sözlərinə görə, təxminən 10 il əvvəlki statistika ilə müqayisədə artım müşahidə olunur: “Əhali də artıb, üstəlik, siqaret çəkənlərdə azalma tendensiyası müşahidə edilmir. Dünyada qəbul olunan qadağalar, yəni ictimai yerlərdə siqaretin yasaqlanması, KİV-də siqaretin zərəri haqqında maarifləndirilmə aparılması bizdə də tətbiqini tapsa, xeyli insan bu yoldan çəkilər”. Adil Qeybulla müvafiq qanunun qəbulunu da vacib sayır: “Bir ara Milli Məclisdə siqaret çəkilməsinin məhudlaşdırılması barədə qanun qəbul etmək istədilər, amma məsələ yarımçıq qaldı. Parlament qanun qəbul etsə, əlbəttə, statistikanın azalmasına kömək olar. Nəzərə alsaq ki, hər 20 siqaret çəkəndən biri ağciyər xərçənginə tutulur, bu zaman ciddi fikirləşmək lazımdır”. Adil Qeybulla Azərbaycanda siqaret çəkən qadınların sayında da kəskin artım müşahidə edildiyini vurğulayıb: “Türkiyədə siqaret çəkən qadınlar çoxdur, amma müəyyən müddətdən sonra bizdə Türkiyədən də çox olacaq”. Qeyd edək ki, son hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 47 faiz siqaret çəkir. Bir adam onlar orta hesabla gündə 15 siqaret çəkir.Azərbaycanda siqaret çəkənlərin sayı azalan dinamika ilə getmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.