Azərbaycanda bu dövlət məmuru ayda 65 min AZN rəsmi MAAŞ ALIR

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin əməkhaqqıları ilə bağlı sensasion məlumat dərc edilib.

Musavat.com “moderator.az”a istinadən xəbər verir ki, məlumatda Palatanını Direktorlar Şurasının sədri Rüfət Aslanlının ayda 65 min manat, müavinlərinin hər birinin 38000, icraçı direktorun 18000, departament direktorlarının 10000, sıravi işçilərin isə 800-1500 rəsmi məvacib aldığı iddia edilir.

Təkcə Rüfət Aslanlı və 2 müavininin əməkhaqqlarının ödənilməsinə ildə 2 milyon manat vəsait sərf edildiyi qeyd edilir.

Qeyd edək ki, Rüfət Aslanlının iddia edilən maaşı Prezident İlham Əliyevin maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan 325 dəfə çoxdur.

Məsələ ilə bağlı adı çəkilən qurum və şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.






Fikirlər