ADU-nun qabaqcıl məzunu: “Qarşımıza daha böyük məqsədlər QOYMALIYIQ”

“Əslində magistrlərarasında universitet birincisi olduğumu yığdığım ballara əsasən təxmin edirdim, lakin respublikamızda fəaliyyət göstərən universitetlərin magistrləri  arasında da ən yüksək akademik göstərici ilə bu il məhz mənim məzun olmağım həm gözlənilməz, həm də son dərəcə qürurverici oldu”.

Bu sözləri Azərbaycan Dillər Universitetini (ADU) 99,2 bal ümumi orta müvəffəqiyyət göstəricisi ilə bitirən Aysel Səfərzadə söyləyib.

O, ADU-da imtahanların yazılı üsulla keçirildiyini və belə imtahanların testlə müqayisədə olduqca çətin olduğunu, buna baxmayaraq, müəllimlərin verdiyi dərin bilik və bacarıqlar, yüksək motivasiya, şəffaf qiymətləndirmə və özünün əzmlə çalışmasının uğur qazanmasına kömək olduğunu deyib:Hər hansı bir işə başlamazdan əvvəl hər zaman qarşıma ən yüksək nəticəni əldə etmək məqsədini qoydum və bu da məni uğura aparan motivasiya mənbəyi oldu. Gələcəkdə həm təhsilimi davam etdirməyi, həm də universitetimizdə İngilis dilinin qrammatikası kafedrasında müəllim olaraq çalışıb yiyələndiyim bilik və bacarıqları gələcək nəsillərə ötürməyi düşünürəm. Məhz bu arzumdan irəli gələrək də dil fakültələri tələbələrinə kommunikativ qrammatikanın tədrisi yolları haqqında yazıb, uğurla müdafiə edərək magistr elmi dərəcəsini aldım”.

O, növbəti illərdədə bu sahə üzrə çalışıb dahaböyük uğurlar əldə etməyi düşündüyünü, bu arzu və məqsədlərinin reallaşdırılmasında ən böyük dəstəkçisinin ailəsi olduğunu söyləyib. Onun sözlərinə görə, seçdiyi universitet və burada təhsil verən müəllimlərin hər tələbənin şəxsiyyət kimi formalaşmasında böyük rolu var.

A.Səfərzadə ADU-nun ona  mübariz olmağıvə həyatında heçbir maneəyə fikir vermədən daima irəli addımlamağıöyrətdiyini sözlərinə əlavə edib:Hər zaman qarşımıza daha da böyük məqsədlər və hədəflər qoymalıyıq, onları reallaşdırmaq üçün kiçik addımlarımızı müəyyənləşdirərək, elm sahəsində daha da böyük nailiyyətlər əldə etmək üçün əzmlə çalışmalıyıq. ADU bizə ədalət və haqq tərəfdarı olmağı, vəfalı, sədaqətli, vicdanlı və möhkəm əqidəli bir insan olmağı öyrətdi, mənəvi təmizlik, səmimiyyət, həqiqi dostluq və yoldaşlıq etməyi bacarmaq kimi insani keyfiyyətlərin formalaşmasına təkan verdi”.

 A.Səfərzadə həm bakalavr, həm də magistr təhsili aldığı müddətdəən yaddaqalan xatirələrininbacısı ilə bağlı olduğunu bildirib:Universitet illərində müəllimlərimiz mən və bacımı həmişə qarışıq saldıqları üçün maraqlı hadisələr baş verirdi. Amma mənim üçün universitet tarixində ən yaddaqalan və həmişə sevinclə xatırlayacağım hadisə mən və bacıma 2 il bundan öncə universiteti bakalavrlar arasında ən yüksək nəticə ilə bitirdiyimiz üçün o zamankı rektorumuz Səməd Seyidov tərəfindən məzun günündə fərqlənmə diplomunun verilməsi olub. Eyni zamanda, yenidən həmin fəxri kürsüdə magistr olaraqən yüksək nəticə ilə bitirdiyimizə görə rektorumuz Kamal Abdulla tərəfindən magistr fərqlənmə diplomumuzun təqdim olunmasını unutmayacağıq”.

AzerTaym.az






Fikirlər