Badamdar sakinlərindən etiraz: "Parkda BİABIRÇILIQDI"

Badamdar sakinlərindən etiraz:

Səbail rayonu Badamdar qəsəbəsi, Neftçilər küçəsi 7 ünvanında yaşayan sakinlər redaksiyamıza şikayət edib. Şikayətçilər yaşadıqları binanın qarşısında bir neçə il bundan öncə Rayon İcra Hakimiyyəti tərəfindən salınan istirahət parkının bir qrup şəxs tərəfindən bərbad vəziyyətə salındığını bildirirlər.

Onların müraciətini təqdim edirik: “Deməli, vaxtı ilə Fizuli rayonundan olan şəhid ailəsinə köməklik məqsədilə parkın içində balaca bir dükanın fəaliyyətinə icazə verilmişdi. Lakin dükanın sahibi Həqiqət xanım sonradan buranı qanunsuz olaraq kafe kimi işlətməyə başladı. Əslində heç kafe də demək olmaz. Nə olduğu tam bəlli deyil. Kafe olub-olmadığını biz də tam olaraq bilmirik. Çünki dəfələrlə kişi-qadınların qeyri-etik davranışlarının şahidi olmuşuq. Sərxoşlar və s. həmişə bizi narahat edib, rahatlığımıza manə olub. Onların səs-küyü, söyüşləri, qeyri-etik davranışları evimizin içinə qədər ayaq açıb. Kafenin fəaliyyətindən yaranan tüstü və s. də evimizin içindədir. Axı kafe ilə pəncərəmiz arasnda məsafə çox qısadır. Həm də natəmizlik hökm sürür. Nəticə olaraq parkdan səmərəli istifadə edə bilmirik.
Bütün bu biabırçılıqlar az imiş kimi Həqiqət xanım öz “həqiqət”lərini genişləndirmək planı hazırlayıbmış. Kafeni daha da böyütmək məqsədilə bir neçə gündür ki, parkın xeyli hissəsi hasarlanıb. Hasarlanan hissədə ağaclar da var. Hətta bir müddət öncə naməlum şəxlər tərəfindən çoxəsirlik zeytun ağacları da kəsilmişdi.
Deyilənə görə, ikimərtəbəli kafe tikiləcək. Əvvəlki balaca kafenin verdiyi narahatlığı göz önünə alsaq “yeni plan”ın nələrlə nəticələnəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Onsuz da narahat idik. İndi isə daha çox narahatıq. Pəncərənin də yaxınlığında kafe olar?
Bu gün ölkəmizdə genişmiqyaslı quruculuq-abadlıq işləri uğurla davam etdirilir. Və biz bundan çox razıyıq. Amma kimlərsə bu işə kölgə salmaq istəyir. Adiyyatı qurumların məsələni diqqətdə saxlamasını xahiş edirik.
Onsuz da məsələylə bağlı prezidentə məktub ünvanlayacayıq. Çünki cənab prezident İlham Əliyev, birinci-vitse prezident Mehriban xanım Əliyeva çıxışlarında dəfələrlə vurğulayıb ki, insanların həyat şəraitini məhdudlaşdırmaq olmaz, bunu edənlər ciddi şəkildə cəzalanacaq”. 

Badamdar sakinlərindən etiraz:

Badamdar sakinlərindən etiraz:

Badamdar sakinlərindən etiraz:

Badamdar sakinlərindən etiraz:

Badamdar sakinlərindən etiraz:

Badamdar sakinlərindən etiraz:

Badamdar sakinlərindən etiraz:

 






Fikirlər