“Favorit” market velosiped yolunu şəxsi dayanacağa çevirdi - VİDEO
Bura bir neçə gün öncə açılışı olan Binəqədi - Novxanı yoludur. "Azəravtoyol"un təşəbbüsü ilə yolda velosipedçilər üçün xüsusi zolaq ayırılıb və yolun bu hissəsi işarələnib. Amma təəssüf ki, yolun kənarında olan "Favorit" market velosipedçilərin zolağını "işğal" edib və alış-verişə gələnlər üçün dayanacaq yaradıb. Məlum məsələdir ki, öz zolağında olan velosipedçi hərəkətinə davam etmək üçün marketin qarşısında xətlənmiş zonada dayanan avtomobillərə görə əsas yola çıxmaq məcburiyyətindədir. Bu isə açıq-aşkar qəza riskinin yaranması deməkdir. Həmin yoldan görüntünü təqdim edirik: