Abel Məhərrəmov: “Yeddi min tələbə üçün böyük yataqxana kompleksi İNŞA OLUNACAQ”
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor Universitet haqda tələbə və valideynlərlə qısa məlumat verib. Valideynləri maraqlandıran suallara cavab verən A. Məhərrəmov yataqxana məsələsindən də danışıb. BDU-nun bakalavriatura səviyyəsinə builki qəbul planı 65 ixtisas üzrə 5200 nəfərdir. Qeyd edək ki, 2017-2018-ci tədris ilində tələbə adını qazanan abituriyentlərin sənədlərinin qeydiyyat prosesi avqust ayının 25-dək davam edəcək.
Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yararsız vəziyyətdə olduğunu deyən rektor, həmin binaların bir qisminin söküldüyünü və ərazidə təxminən 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksinin inşa olunacağını da diqqətə çatdırıb.