Şair MAHİR MEHDİ AZADLIQDA

2016-cı il fevralın 24-də saxlanılan, sonra da Yevlax Rayon Məhkəməsinin hökmü ilə türməyə salınan şair Mahir Mehdi bu gün azadlığa çıxıb.

Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və 315.1-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham olunurdu.

İttiham aktına əsasən, o, Yevlax Dəmiryol Stansiyasında sərxoş vəziyyətdə polisə müqavimət göstərib.

azadliq.info






Fikirlər