Baş terapevt əhaliyə XƏBƏRDARLIQ EDİB

 

"Payız mövsümündə əhali arasında adətən kəskin respirator infeksiyalar və qrip xəstəliyi müşahidə olunur".

Bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, törədicilər virus, bakteriya və ibtidailər ola bilər.
Risk qrupuna kimlərin daxil olmasına gəlincə, R.Əliyeva deyib ki, bu sıraya əsasən, 65 yaşdan yuxarı olanlar və 1 yaşdan kiçik uşaqlar daxildir: “Həmçinin, tənəffüs sistemi xəstələri, xroniki xəstəlikləri olanlar, hamilələr də risk qrupuna ən çox məruz qalanlar sırasına aiddir. Kənar şəxslərin köməyinə ehtiyacı olanlar da risk qrupuna aid edilir".
Mütəxəssis məsləhət görüb ki, bu xəstəliklər mövsümi olduğuna görə soyuq havada çox qalmaq olmaz: 
"Əhalinin sıx toplandığı yerlərdən uzaq durmaq lazımdır. Geyimlər mövsümə uyğun olaraq olmalıdır. Fəsil dəyişikliyi gözləmədən o biri fəsil başlayan kimi adaptasiya üçün həkimə müraciət etmək məsləhətdir. Tərkibində vitaminlər çox olan qidaları qəbul etmək mütləqdir. Aktiv həyat tərzi sürmək də məqbuldur".(Mənbə: Report)

 






Fikirlər