DGK Bu il Büdcəyə 2 Milyard MANAT KÖÇÜRÜB

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mlrd. 951 mln. 635,51 min manat daxil olub.
"APA-Economics" qurumun açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 297 mln. 726,1 min manat və ya 18% artıb.

Bu ilin 9 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 504 mln. 206,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 359 mln. 572,04 min manat, aksizlər üzrə 61 mln. 822,40 min manat, yol vergisi üzrə isə 26 mln. 034,93 manat təşkil edib.






Fikirlər