Nöqsanlara yol verən 20 məhkəmə hakimi İŞDƏN ÇIXARILIB

Ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə “Azərbaycan” qəzetində işıq üzü görən “Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsi yaşayır” başlıqlı məqaləsində bu il cəzalandırılan hakimlərdən də bəhs edib.

Modern.az-ın məlumatına görə, nazir bildirib ki, birinci instansiya və apelyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinspial qiymətləndirilib: “Vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq, 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakimi isə aşağı vəzifələrə keçirilib”.






Fikirlər