İsa Qəmbərlə bağlı həkimindən AÇIQLAMA
Mərkəzi Klinikaya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər əməliyyat edilib, vəziyyəti stabildir. Bu barədə Publika.az-a İ.Qəmbərin həkimi, kardioloq Firdovsi İbrahimov məlumat verib. F.İbrahimov bildirib ki, İ.Qəmbər evində infarkt keçirərək xəstəxanaya yerləşdirilib. “Xəstəxanaya gətiriləndə vəziyyəti ağır idi. İlk dəfədir infarkt keçirir. Müalicə zamanı anjü edildi, ürəyinə stent qoyuldu. Artıq damarları açılıb, təzyiqi stabildir. Huşu özündədir, Hazırda kardioreanimasiyadadır, müalicəsi sürdürülür”. Kardioloq bildirib ki, İ.Qəmbərin keçirdiyi əməliyyatı nəzərə alaraq hələ 3 gün xəstəxanada müalicəsini davam etdirməlidir.