Deputat Yevda Abramov XƏSTƏXANADAN evə buraxılıb

Xəbər verdiyimiz kimi, 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problem yaranmışdı.

Deputat ötən il dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra isə yenidən səhhətində problem yaranan Yevda Abramov təcili olaraq dövlət hesabına İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.

Yevda Abramovun  səhhəti ilə bağlı Modern.az-a danışan Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev onun son durumundan söz açıb.

O bildirib ki, hazırda Yevda müəllimin sağlıq durumu normaldır.

Əvvəllər vəziyyəti bir o qədər də yaxşı deyildi. Amma hazırda yaxşıdı. O, İsrailin Hayfa şəhərindəki böyük xəstəxanaların birində müalicə alır. İsraildə belə bir şey var ki, xəstəni xəstəxanada çox saxlamırlar. Sağlıq durumu normal olan kimi evə buraxırlar. Yevda müəllimi də evə buraxıblar. Ancaq hər gün müalicə üçün xəstəxanaya gedib-gəlir”.

Yuri Naftaliev deyib ki, Yevda Abramov İsraildə övladlarının yanında qalır.

Onun bir qızı və oğlu İsraildə yaşayır. Yevda müəllim də onların yanında qalır. Həmçinin onun bütün qohumları, qardaşları, bacıları  da İsraildə yaşayır. Yevda müəllimin Azərbyacana nə zaman qayıdacağı ilə bağlı da bir şey bilmirəm. Hələ onun müalicəsi davam etdirilir”.

AzerTaym.az

 

 






Fikirlər