Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramov Sherg.az-a İsrail- Azərbaycan münasibətlərindən danışıb.
O, qeyd edib ki, bu ölkələr arasındakı əlaqələrin hansı səviyyədə olmasını bilmək üçün dünən Azərbaycanda səfərdə olan İsrail baş naziri Benyamin Netahyahu ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin verdiyi bəyanatlar kifayət edir:
" Bu bəyanatlarda səsləndirilən fikirlərdən istifadə etmək olar. O fikir və bəyanatlara heç bir söz, şərh ola bilməz. Çünki bütün punktlar barədə hər iki dövlət başçısı öz mövqeyini bildirdi. Mənə elə gəlir ki, bunlar media üçün əməlli başlı mənbədir".
İranın İsrail-Azərbaycan münasibətlərindən narahatlıq keçirməsinin səbəbinə gəlincə, Y. Abramov bunları deyib: "
İran niyə qıcıqlanmalıdır ki? Niyə onlar Ermənistanla dostluq edəndə biz qıcıqlanmırıq, amma Azərbaycan İsraillə dostluq edəndə onlar qıcıqlanır ?"
Qeyd edək ki, dünən İsarilin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri baş tutub və səfər çox uğurla başa çatıb.