ZAKİR Qaralov 7 rayonun SAKİNLƏRİNİ qəbul edəcək – SİYAHI
Baş prokuror Zakir Qaralov martın 16-da saat 10:00-da Ağcəbədi rayon prokurorluğunun inzibati binasında Ağcəbədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək. Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcəbədi şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.