QƏZAYA düşən ŞAGİRDlərin İMTAHAN vermələri üçün İMKAN YARADILACAQ

Yevlaxda şagirdləri buraxılış imtahanına apararkən qəzaya uğrayan mikroavtobusda olan şagirdlərin yenidən imtahan verməsi üçün şərait yaradılacaq.

"AzerTaym.az" bildirir ki,bu barədə DİM-dən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəza ilə əlaqədar rayona gedib.

Xatırladaq ki, bu gün səhər baş verən hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Yevlax Rayon Mərkəzi Xəstəxanasından sayta verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onlar ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Hadisə nəticəsində ağır xəsarət alan 5 nəfər isə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan 3-ünün vəziyyəti stabilləşib, 2 nəfərin vəziyyəti isə ağır olaraq qalır.






Fikirlər