Dövlət Agentliyinin ƏMƏKDALARI QƏZAYA DÜŞDÜ, ölən və YARALANANLAR VAR

Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü, ölən və yaralananlar var

Ağdaş rayonunda Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var.

Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb.

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırıldığından o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.

***

Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.

"Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)






Fikirlər