Kəlbəcərli GİROVLARIN VƏZİYYƏTİ PİSLƏŞDİ (VİDEO)

Şahbaz Quliyev ailəsinə məktub göndərib

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib.

Bu barədə Real TV-yə girovun qardaşı İlham Quliyev məlumat verib.

3 gün bundan əvvəl məktub göndərib. Vəziyyətinin pis olduğunu, dərmanla yaşadığını yazıb. Ödündən əməliyyat olunub. Dərmanla yaşayan adam necə olacaq?, - deyə İlham Quliyev bildirib.

Digər kəlbəcərli girov Dilqəm Əsgərov isə ailəsinə məktub yazmayıb. Girovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin atası ilə görüşdüyünü, lakin məktub gəlmədiyini deyib.

3 gün bundan qabaq BQXK-dən zəng vurdular ki, atam görüşüblər. Guya atamla bağlı hər şey qaydasındadır. Şahbazın vəziyyəti pisdir. İndi təsəvvür edin ki, Şahbaz dərmanla yaşayırsa, atam hansı vəziyyətdədir, - deyə Kürdoğlu Əsgərov qeyd edib.






Fikirlər